Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


Paylanmış kommersiya VBİS-in xarakteristikaları



Yüklə 0,95 Mb.
səhifə39/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
mühazirə VBİS-qisa(1)

Paylanmış kommersiya VBİS-in xarakteristikaları

Paylanmış VB-nin təriflərindən biri belədir:


"Paylanmış VB - istifadəçi üçün bir məntiqi VB kimi görünən fiziki verilənlər bazası çoxluğudur". Təəssüf ki, bu gün heç bir VBİS bu tərifi doğrultmur. Onun reallaşdırılmasına ən yaxın VBİS-lər aşağıdakılardır:
- Informix Softwar firmasının Informix On-Line sistemi ;
- Ingres Corp firmasının Ingres Intelligent Database sistemi ;
- Oracle Corp firmasının Oracle (version 7) sistemi ;
- Sybase Inc firmasının Sybase System 10 sistemi.
Hərçənd ki, bu 4 VBİS-dən heç biri paylanmış VBİS-lərin bütün funksiyalarını tamamilə reallaşdırmır, ancaq onlardan hər biri paylanmış VB ilə işi bu və ya digər dərəcədə reallaşdırır və ya tezliklə reallaşdıracaqdır.
Paylanmış VBİS, adətən, mərkəzləşdirilmiş VBİS-ə nisbətən daha yavaş işləyir və inzibatçılıq üzrə mürəkkəb işlərin icra edilməsini tələb edir. Buna görə mərkəzləşdirilmiş VB ilə işləmək daha məqsədəuyğundur. Bundan başqa, istifadəçilər anlamalıdır ki, bu gün mövcud olan paylanmış 4 VBİS-dən heç biri Makqovernin 13 tələbinin hamısını təmin etmir, hərçənd 4 firma-istehsalçı hamısı həqiqətən paylanmış VBİS yaratdıqlarını iddia edirlər.
Bu paketlərin Makqovernin tələblərini necə reallaşdırmaq imkanlarına qısaca nəzər yetirək.
Ingres VBİS-i bir çox UNIX-platformada, DEC VMS, Hewlett-Packard MPE, DOS, Microsoft Windows 3.1, OS/2, Macintosh platformalarında işləyir. O, Open System Interconnection Transport Class 4 də daxil olmaqla həmçinin bir çox şəbəkə protokolları ilə işləyir. Ingres paketi DB2, Rdb, Allbase VBİS-nin verilənlərə müdaxilə vasitələrinə malikdir. Paylanmış VBİS-in əsas funksiyaları Ingres/Star əlavə komponenti ilə təmin olunur. O paylanmış sorğuların optimallaşdırılmasını dəstəkləyir, bir tranzaksiya çərçivəsində müxtəlif qovşaqların verilənlərini oxumağa və yeniləşdirməyə imkan verir, eyni zamanda bir neçə qovşaqlarda yazıları pozmaq imkanını təmin edir.
Informix-Online VBİS-i UNIX mühiti üçün hazırlanmışdır, amma həmçinin Novell altında işləyə bilər. Informix-Online sorğuların optimallaşdırıcısına malikdir və Ingres paketinin paylanmış VB ilə icra etdiyi həmin funksiyaları yerinə yetirir, ancaq Informix kompyuterin resurslarına daha sərt tələblər qoyur, xüsusi halda, daha çox əməli yaddaş tələb edir.
Sybase firmasının System 10 VBİS-i hal-hazırda hazırlanma vəziyyətindədir. O, UNIX-platformalarda, OS/2, Window NT, NetWare platformalarında işləməlidir. System 10 bir neçə şəbəkə protokolu ilə işləyəcək və DB2, Oracle 7, Informix-Online, Rdb VBİS-i ilə əlaqəni dəstəkləyəcəkdir. System 10 paylanmış sorğuların optimallaşdırıcısına malik olacaq, o, bir neçə qovşaqları oxumağa və verilənləri yeniləşdirməyə imkan verəcək. Paylanmış VB ilə iş funksiyaları Replication Server əlavə komponentinin köməyi ilə reallaşdırılacaq.
Oracle VBİS-nin 7-ci versiyasında paylanmış VB ilə iş üçün bir çox funksiyalar reallaşdırılmışdır. Onların arasında paylanmış sorğular optimallaşdırıcısını və bir tranzaksiya çərçivəsində bir neçə qovşağın verilənlərini oxumaq və yeniləşdirmək vasitəsini qeyd etmək lazımdır. Oracle 7 80-dən çox hesablama platformasında işləyir, mövcud kommersiya şəbəkə protokollarının əksəriyyətini dəstəkləyir və DB2, SQL/DS, Tandem Computers, NonStop SQL, Rdb, HP TurboImage VBİS-i ilə verilənləri mübadilə edə bilər.
Paylanmış VB ilə bütün əməliyyatlar istifadəçilər və istehsalçılar üçün "şəffafdır". Paylanmış VB-nin yeniləşdirilməsi sahəsində Oracle bütün rəqiblərini ötmüşdür. Oracle istifadəçiləri SQL*Net komponentlərinin köməyi ilə müxtəlif tip kompyuterlərdə və şəbəkənin müxtəlif qovşaqlarında yerləşən verilənlərlə (vacib deyil ki, Oracle verilənləri ilə) "şəffaf " işləyə bilərlər. Paylanmış VB-nin yüksək məhsuldarlıqlı "şəffaf" yeniləşdirmə vasitəsi dəyişikliklərin ikifazalı qeydiyyat protokolunun orijinal yerinə yetirilməsi əsasında reallaşdırılmışdır.
Makqovernin qalan tələbləri Oracle 7-də reallaşdırılmışdır. Belə ki, cədvəllərin surətinin çıxarılması 2 yol ilə yerinə yetirilə bilər: triggerlərin köməyi ilə (prosedurla) və deklarativ təsvirin köməyi ilə (SNAPSHOT cədvəllərinin kopyalanm vasitəsi).
Baxdığımız bütün 4 VBİS qovşaqların lokal avtonomluğunu dəstəkləyir. Bu o deməkdir ki, VB administratoru konkret lokal qovşağın VB-nə müstəqil VB kimi baxa bilər. Bütün VBİS-lər SQL dilinin ANSI standartını yəni, ANSI SQL-89 və bu standartın genişlənilməsini dəstəkləyir. VB-yə sorğular SQL dilində edilir.
4 VBİS-in hamısı müxtəlif qovşaqlarda yerləşdirilmiş "şəffaf" sorğu, yeniləmə və verilənlərə baxış mexanizmlərini təmin edir. Qeyd etdiyimiz kimi, bütün 4 VBİS başqa VBİS-lərlə verilənləri mübadilə edə bilir. Ancaq yalnız Oracle 7-nin ikifazalı qetdiyyat protokolu müxtəlif VBİS-də paylanmış verilənlərin yenilənməsini yerinə yetirməyə imkan verir. Problem ondan ibarətdir ki, müxtəlif VBİS-in dəyişikliklərinin ikifazalı qetdiyyat protokolları öz aralarında pis uyğunlaşır.
Bütün 4 paketin hamısı verilənlərin lokal və qlobal qapanmasını təmin edir. Ancaq onlar bu qapanmanı müxtəlif səviyyələrdə reallaşdırır. Belə ki, Oracle qapanmanı yazı səviyyəsində susmaya görə, amma qalan VBİS-lər isə səhifə və ya cədvəl səviyyəsində reallaşdırır. Qapanma mexanizmi başqa istifadəçilər tərəfindən nəzarət edilən verilənlərin dəyişikliyinin qarşısını almağa imkan verir. Bununla da verilənlərin tamlıq və ziddiyətsizliyi təmin olunur. Yazı səviyyəsində qapanma eyni zamanda eyni cədvəlin qonşu yazılarını yeniləməyə imkan verir. Bu, gözləmə vaxtını kəskin azaldır, verilənlərin emalını sürətləndirir və qarşılıqlı qapanmanın yaranması ehtimalını azaldır.
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin