Mühazirə №1 İkt-nin əsas priNSİPLƏRİ, TƏHSİLDƏ TƏTBİQİNİN Əsas məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 106,17 Kb.
səhifə16/45
tarix01.01.2022
ölçüsü106,17 Kb.
#104053
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
normativ bazanın yaradılması

İKT-nin sürətli inkisafı yeni imkanlar yaratmaqla yanası bir sıra problemlər də

gətirir. Təhsil sistemində bu, daha çox özünü sagirdlərin informasiya təhlükəsizliyinin

təmin olunması zamanı biruzə verir. Yeni informasiya mənbələrinə daxil olan usaqlar

psixoloji,fiziki,sosial,mədəni və s. təsirlərə məruz qalırlar.Bundan basqa, ziyanlı təsirə malik olan informasiyalardan nəzarətsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.

Bütün bu təsirlərin aradan qaldırılması üçün asagıdakılar gerçəkləsdirilməlidir:



  • informasiya təhlükəsizliyi təhsilin informasiyalasdırılması üzrə bütün elmi-texniki proqramlarda və layihələrdə nəzərə alınmalı, təhlükəsizliyinin bütün istiqamətləri üzrə lazımi sənədlər hazırlanmalıdır;

  • İKT-dən istifadə ilə baglı təhlükəsizlik məsələləri müəllimlərə, valideynlərə, təhsil sisteminin rəhbərlərinə catdırılmalı, sagirdlərdə müəllif hüququna qarsı hörmət hissi asılanmalıdır;

  • İKT-nin sagirdlərə təsirləri ilə baglı mövcud xarici təcrübə öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.

Təhsilin informasiyalasdırılması sahəsi üzrə mövcud təhsil qanunvericiliyində

İKT-nin tətbiqi ilə baglı tədris və təhsil prosesinin bütün sahələrində yaranan

münasibətlərin tənzimlənməsi üçün hüquqi normativ baza yaradılmalıdır.İKT-nin

tətbiqi ilə baglı təhsil standartlarının təkmilləsdirilməli, müxtəlif fənlərin tədrisində

İKT-nin tətbiqinə yönəlmis müddəaların öz əksini tapmalı, mİKTəblərə verilən

kompüter siniflərinə, İKT avadanlıgına və proqram texniki-təminatına qoyulan tələblər

hazırlanmalı,onlardan istifadə üzrə yeni sanitar-gigiyenik qaydalar və normalar təsis

edilməlidir.Təhsilin informasiyalasdırılmasının tədqiq edilməsi üçün monitorinq

sisteminin və onun elmi-metodiki təminatı hazırlanmalıdır.

5. Təhsilin informasiyalasdırılmasının elmi və tədris-metodiki təminatı

Təhsildə İKT=nin tətbiqinin inkisaf tendensiyası analiz edilməli və dünya

təcrübəsi öyrənilməlidir. Bu sahədə aparılan tədqiqatlar informasiya cəmiyyətinin

formalasma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauygunluqlarını

öyrənməyə sərait yaradır.Müasir İKT-dən daha effektiv istifadə edilməsinin nəzəri və

metodoloji aspektlərini həll etməyə imkan verir.

İKT-nin təhsildə tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması

asagıdakıları nəzərdə tutur:

- Kompüter siniflərinin, proqram təminatının, idarəetmə sistemlərinin ən optimal

konfiqurasiyalarının və İKT-nin təhsildə tətbiqinin yeni variantlarının hazırlanması;

- Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin

tətbiqi ilə baglı meydana çıxan yeni nəzəri biliklərin öyrənilməsi,yerli və qlobal

səbəkələrin tətbiqinin elmi əsaslarının hazırlanması;

- Təhsildə İKT-nin tətbiqinin gedisi ilə baglı elmi-praktik konfransların

keçirilməsi,təhsil sisteminin informasiyalasdırılması problemləri ilə məsgul olan elmi tədqiqat mərkəzinin yaradılması;

- Təhsil sisteminin informasiyalasdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi,

xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması[13, s.7-9].




Yüklə 106,17 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin