Sosial – iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;
Elmin özündəki inkişafın nəzərə alınması;
Təlim materiallarının müasir dünyagörüşü formalaşdırılmasına istiqamətləndirilməsi.
Dərsliyin müasir olması üçün fakt və hadisələrin inkişafla bağlı olması, onu əks etdirməsi əsas şərtlərdən biridir. Lakin bununla yanaşı, yeni texnologiyalara istinad olunması, onların dərsliyinin məzmununa gətirilməsi də müasirliyin əlamətlərindən biri kimi vacib tələblərdəndir.
Tamlıq. Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir.