Məzmun standartı- təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
Tədris vahidi- dərslikdəki mövzuların tematik qrupudur.
Resurslar- məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir.
Şagird nailiyyəti- bilik və bacarıqlar əsasında qazanılan dəyərdir.
Dəyərlər- şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.
S T A N D A R T L A R
Fənnin məzmunu kurikulumlarda.
Fənnin məzmunu dedikdə, şagirdə nəyin öyrədiləcəyi, hansı şəraitdə öyrədiləcəyi və necə qiymətləndiriləcəyi nəzərdə tutulur. Fənnin məzmunu bacarıqlar şəkilində ifadə edilən təlim nəticələrindən (standartlardan) ibarətdir. Nəticələr məzmun xətləri üzrə qruplaşdırılmışdır. Məzmun standartları şagirdlərdən gözlənilən ümumi təlim nəticələrini fənnin imkanları baxımından xüsusiləşdirir. Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumununun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır. Hər bir fənnin təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, məzmun xətləri təhsilin bütün pillələri üzrə işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: |