Məzmun standartları – təhsil alanların bilik və bacarıqlarına qoyulan dövlət tələbidir:
-interaktiv təlim nəticələri olub müəyyən mərhələdə şagirdin əldə etməli olduğu bilik, bacarıq və dəyərləri ümumi şəkildə ifadə edir.
Əsas məzmun standartları fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir, fənnlər üzrə summativ qiymətləndirmənin aparılmasında istifadə edilir.
Alt- standart:
Konkret təlim nəticələri olub müəyyən mərhələdə şagirdin əldə etməli olduğu bilik, bacarıq və dəyərləri ifadə edir.
Əsas standartlarda ifadə olunmuş fikrin müəyyən məntiqi hissəsidir. Qiymətləndirmə standartı müəyyən mərhələdə təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir:
təhsilin nüəyyən mərhələsində təyin olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik, bacarıq və dəyərlərin kəmiyyət və keyfiyyət göstəricisidir;
məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaq üçün istifadə edilir;
şagirdlərin inkişafındakı dəyişikliklərin dərəcəsini müəyyən etməyə xidmət edir;
məzmun standartlarının tərkibinin kəmiyyət və keyfiyyət göstəriciləri ilə tamamlanaraq 4 çətinlik səviyyəsi üzrə diferensiallaşmasıdır;
birbaşa fəaliyyətin qiymətləndirilməsinə yönəlir və təlim prosesində meyarlara əsaslanan qiymətləndirməni şərtləndirir.
Dostları ilə paylaş: |