Fəaliyyətin kateqoriyaları
Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi ilə sistemləşdirilir. Müxtəlif taksonomiyalardan yalnız üçün - idraki, emosional və psixamator taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir.
Fənn üzrə məzmun standartlarının fəaliyyət (bacarıq) komponentinin tərtibində idraki bacarıqlar sistemli şəkildə işlənir. Sistemlik heç də elə başa düşülməməlidir ki, aşağı sinif standartlarında idraki taksonomiyaların aşağı mərhələləri, yuxarı sinif standartlarında isə yuxarı mərhələləri əhatə olunmalıdır. Standart mütəxəssisləri hesab edirlər ki, idraki taksonomiyaların bütün mərhələləri hər bir sinif üzrə standartlarda öz əksini tapmalıdır. Lakin həmin mərhələlər hər sinifdə şagirdlərin yaş həddi nəzərə alınmaqla sinifdən-sinfə, sadədən mürəkkəbə doğru inkişaf etdirilməlidir.
Kurikulum nəzəriyyəçiləri standart nəzəriyyəçilərinə kömək məqsədilə təhsil üçün yararlı olan hər üç taksonomiyanın bütün nəticələrini ifadə edən felləri müəyyənləşdirmişdilər. Feillər bacarıqların ifadə edilməsində mühüm göstəricidir. Feil idrakı bacarığın, taksonomiyanın hansı mərhələsinə aid olduğunu əks etdirir. N.Qronland bu məsələ ilə bağlı araşdırmalarında taksonomiyaların mərhələlərinin səciyyəvi xüsusiyyətlərini əks etdirən feilləri cədvəl şəkilində aşağıdakı kimi göstərmişdir.
Dostları ilə paylaş: |