Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə63/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   108
Tətbiq etmək qaydası:

-müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən fikirləşib tapır;

-vəziyyət üzrə materiallar diqqətlə seçilir:

-hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-dən 5-dək ola bilər;

-vəziyyətlər ayrı-ayrı kağız vərəqlərində, kartoçkalarda yazılır;

-sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür;

-şagirdlərə təlimat, tapşırıq və suallar verilir;

-qrupların işi sona çatan kimi müzakirə başlanır.



7 .Diskussiya.

Bu üsul həm müəllim, həm də şagirdlər üçün üniversaldır. Bu üsul onların qoyulmuş problemlərə və suallara münasibətini öyrənməyə imkan verir. Şagirdlər verilmiş mövzunu 15-20 dəqiqə ərzində müzakirə edirlər.

Diskussiya şagirdlərin mühüm problemləri müstəqil şəkildə təhliletmə vərdişləri əldə etməsinə imkan verir. Onların informasiya toplamaq vərdişlərini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz nöqteyi-nəzərini bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazanmaq imkanlarını məhdudlaşdırmağa şərait yaradır.

Bu üsul həmçinin müəllimin təzyiqi olmadan fikir mübadiləsinə kömək edir, dinləmək, növbə ilə danışmaq, tolerantlıq nümayiş etdirmək bacarığını inkişaf etdirir.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin