Tətbiq etmək qaydası:
Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əvvəlcədən tərtib edilən əsas qaydalarını xatırlatmaq yaxşı olardı:
1.Danışanı dinləmək.
2.Eyni vaxtda yalnız bir adam danışa bilər.
3.Çıxış etmək istəyi varsa, əl qaldırmalıdır.
4.Danışanın sözünü kəsmək olmaz.
Müəllim keçiriləcək diskussiyanın gedişində yazı taxtasından asılmış vatman kağızı vərəqinə yazılmış mövzu və plan haqqında məlumat verir. O, diskusiyanın gedişinə qarışmır, sonda isə ona yekun vurur.
8.Yazılı debatlar.
Debatlar şagirdləri həyəcanlandıran, ictimai fikri narahat edən mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur.
Debatların məqsədi müəllimin öz mövqeyini, nöqteyi-nəzərini şagirdlərə dəlil-sübutlu şəkildə öyrətməkdən ibarətdir.
İştirakçılar müzakirə olunan mövzunun «lehinə» və «əleyhinə» olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün olduğuna inandırmağa çalışmalıdır.
Debatların aparılmasının iki forması mövcuddur:
Dostları ilə paylaş: |