Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə66/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   108
Tətbiq etmək qaydası.

1. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə qabaqcadan tanış olurlar.

2.Müəllim şagirdlərə debatın necə keçirildiyini izah edir: bir qrup mövzunu təsdiq edir və öz subutlarını təqdim edir.

3.Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərəsində üç şagird olmaqla, yaxud 10 qrupa bölünür.

4.Müəllim şagirdlərə sinfin hər iki tərəfi boyu düzülmüş stullara əyləşməyi təklif edir və püşkatma yolu ilə hər bir qrupun üzvlərinin hansı nöqteyi-nəzəri müdafiə edəcəklərini müəyyənləşdirir.

5.Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa başlayırlar. Birinci qrupdan olan şagirdlərə öz dəlilinin formalaşması üçün 5 dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır.

6.Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf müqabillərinin dəlillərinə cavablarını formalaşdırmağa və yazmağa, eləcə də öz əks-dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayrılır.

7.Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır. Bu zaman hər şagird mütləq tərəf-müqabilinin dəlillərinə cavab verməli və öz dəlilini də buraya əlavə etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir.

Bundan sonra işlər yığılır (əgər A-4 formalı kağızda yerinə yetirilmişsə), yaxud bunların təqdimatı keçirilir. (əgər A-1 formatlı kağızda icra edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilirsə, dəlillər və əks dəlillər iki şagird tərəfindən oxunur.

Oxu zamanı müəllimin şagirdlərin yalnız öz cavablarını oxumasına, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini «saf-çürük» etməməsinə göz yetirməsi vacibdir, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fikirlərini yazılı formada bildirirlər.

Əgər işlər A-4 formatında və ya cütlükdə yerinə yetirilibsə, onda həmin işlər toplanır və müəllim tərəfindən qiymətləndirilir.

8.Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola bilər.«Rəqibin ən yaxşı dəlilləri hansılar idi»?




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin