Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələrin eyni bir dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünə məxsus cəhətləri, aid olduğu elmin xüsusiyyətləri əsas götürülür, zəruri hesab edilən müvafiq əyani vasitələr seçilir.
Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarıını özündə əks etdirməsi, şagirdlərdə yenilik əhvali ruhiyyəsi yarada bilməsidir. Buna aşağıdakı tələbləri nəzərə almaqla nail olmaq mümkündür: