Dərsliyin məzmununda verilməsi nəzərdə tutulan bu materialların hər biri didaktik əhəmiyyət daşıyır. Şagirdlərin təlim fəaliyyətinə sövq olunması, öyrənmə prosesinin təşkili və bacarıqların dəyərləndirilməsi baxımından imkanları ilə seçilir. Ona görə də dərslikləri hazırlayarkən bu prinsipə əməl olunması, onun tələblərinin gözlənilməsi vacib hesab edilir.
Ardıcıllıq.Dərsliklərin məzmunundakı materialların sıralanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür: