Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Fəaliyyətin kateqoriyaları



Yüklə 192,92 Kb.
səhifə20/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   108
Fəaliyyətin kateqoriyaları

Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi ilə sistemləşdirilir. Müxtəlif taksonomiyalardan yalnız üçün - idraki, emosionalpsixamator taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir.

Fənn üzrə məzmun standartlarının fəaliyyət (bacarıq) komponentinin tərtibində idraki bacarıqlar sistemli şəkildə işlənir. Sistemlik heç də elə başa düşülməməlidir ki, aşağı sinif standartlarında idraki taksonomiyaların aşağı mərhələləri, yuxarı sinif standartlarında isə yuxarı mərhələləri əhatə olunmalıdır. Standart mütəxəssisləri hesab edirlər ki, idraki taksonomiyaların bütün mərhələləri hər bir sinif üzrə standartlarda öz əksini tapmalıdır. Lakin həmin mərhələlər hər sinifdə şagirdlərin yaş həddi nəzərə alınmaqla sinifdən-sinfə, sadədən mürəkkəbə doğru inkişaf etdirilməlidir.

Kurikulum nəzəriyyəçiləri standart nəzəriyyəçilərinə kömək məqsədilə təhsil üçün yararlı olan hər üç taksonomiyanın bütün nəticələrini ifadə edən felləri müəyyənləşdirmişdilər. Feillər bacarıqların ifadə edilməsində mühüm göstəricidir. Feil idrakı bacarığın, taksonomiyanın hansı mərhələsinə aid olduğunu əks etdirir. N.Qronland bu məsələ ilə bağlı araşdırmalarında taksonomiyaların mərhələlərinin səciyyəvi xüsusiyyətlərini əks etdirən feilləri cədvəl şəkilində aşağıdakı kimi göstərmişdir.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin