Şagirdi hər hansı bir təlim prosesində iştirak etmək üçün stimullaşdırır. Bu təlim nəticələri əşyanın mövcudluğunu anlamadan ona seçimli yanaşmaya qədər inkişaf etdirilir.
Reaksiya vermək
Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab verir, hadisələrə reaksiya verir. Bu təlim nəticəsində şagirdin zövq və maraqlarının axtarılması və fəaliyyətdə tətbiqi vurğulanır.
Dəyərləndirmək
Şagird hər hansı əşya və hadisəni dəyərləndirilməsinə xidmət edir. Bu təlim nəticələri hər hansı yanaşmaların və rəğbətin ümumilikdə təsvir edilməsi üçün şərait yaradır.
Təşkil etmək
Ümumilikdə dəyərlər sisteminin yaradılmasına aid edilir. Şagirdin ömür fəlsəfəsinin yaradılmasına xidmət edən təlim məqsədləri bu kateqoriyaya əsaslanır
Dəyər və dəyərlər sisteminin xarakterizə etmək
Bu mərhələdə fərd, davranışlarını nəzarətdə saxlayan və həyat tərzini müəyyənləşdirən dəyərlər sisteminə malikdir. Şagirdin şəxsi, ictimai və emosioanl davranışlarının formalaşmasına bu təlim nəticələri yardımçı olacaq
Taksonomiyalar təlim prosesində böyük rol oynayır. Onlar təlim prosesində aşağıdakı imkanları yaradırlar.
Təlim məqsədlərini düzgün müəyyənləşdirmək
Problemi düzgün müəyyənləşdirmək və şagirdlər üçün tapşırıqlar tərtib etmək
Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək
Təlim nəticələrinə əsaslanaraq refleksiyanı düzgün keçirmək
Bu və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə qarşılaşdıqlarını müəyyən etmək