Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


MÜHAZİRƏ 6 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə24/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   108
MÜHAZİRƏ 6

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Təlim strategiyaları. Təlimin təşkilinə verilənm əsas tələblər. Fəal (interaktiv) təlimin xüsusiyyətləri

Ədəbiyyat siyahısı: 1. A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014

2. Ümumtəhsil Məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı 2008. Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008.

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

  1. Təlim strategiyaları

  2. Təlimin təşkilinə verilən əsas tələblər

  3. Fənn kurikulumları əsasında təlimin planlaşdırılması.

  4. Fəal dərsin quruluşu ilə ənənəvi dərsin quruluşu arasındakı fərqli cəhətlər

Strategiya nədir?

Strategiyalar – müəllimin təlim prosesində istifadə etdiyi metod, forma və vasitələri əhatə edir. A.Qlatsorn hesab edir ki, təlim strategiyaları şagirdlərin öyrənmək üşün ehtiyac duyduğu idraki əməliyyatlardır. Onlardan bəziləri ümumi xarakter daşıyır, bəziləri isə ayrı-ayrı fənlər baxımından səciyyələnir. Odur ki, mühazirələr, kiçik qruplarda müzakirələr, müstəqil təlim, kitabxanada araşdırma, labaratoriya işləri, problem həll etmə, təqdimat etmə və s. kimi təlim metodlarını tanımaq strategiyanı düzgün müəyyən etmək üçün kifayət etmir. Strategiyanın uğurlu seçiminə nail olmaq üçün bir sıra məsələlərin nəzərə alınması vacibdir. A.Qlatsorn hesab edir ki, metodlar seçilərkən aşağıdakı məsələlərlə bağlı müəllim diqqətli olmalıdır.

1. Şagird faktoru.

2. İcmanın səciyyəvi xüsusiyyətləri.

3. Fənnin məqsədləri

4. Konkret standartların reallaşdırılmasına xidmət edən təlim məqsədləri.

5. Müəllimin peşəkarlıq səviyyəsi.

R.Tayler isə hesab edir ki, təlim strategiyaları seçilərkən aşağıdakı mühüm prinsiplərdən istfadə etmək lazımdır.

1. Strategiyalar təlim məqsədləri ilə uzlaşmalıdır.

2. Şagirdin maraq dairəsində olmalıdır.

3. Şagirdin imkanları nəzərə alınmalıdır.

4. Bir məqsədə nail olmaq üçün bir neçə təlim fəaliyyətindən istifadə edilməlidir.

5. Eyni təlim fəaliyyəti fərqli təlim məqsədlərinə nail olmaq üçün istifadə edilməlidir.

Strategiyaların seçilməsi zamanı müəllimlərin bəzi məsələlərlə bağlı diqqətli olması lazımdır.



  • Şagirdlərin ehtiyac, maraq və imkanlarının nəzərə alınması;

  • Seçilmiş strategiyalar fənnin məqsədi ilə uyğunlaşdırılsın.

  • Standartların reallaşdırılmasına xidmət etsin.

  • Müəllimin imkanları və tədris vərdişləri nəzərə alınsın.

Azərbaycanda təhsil islahatı ilə bağlı fənn kurikulumları da təlim strategiyalarına daxildir:


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin