Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


MÜHAZİRƏ 9 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə39/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   108
MÜHAZİRƏ 9

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Tədqiqatın aparılması. (fərziyələri yoxlamaq və tədqiqat sualına cavabı tapmaq üçün faktların axtarılması)

Ədəbiyyat siyahısı: Zülfiyə Veysova, Fəal interaktiv təlim, Bakı 2008. UNİCEF. 1. A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014 Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008.

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

  1. Dərsin II mərhələsi

  2. Qrup işinin təşkilinə verilən tələblər

  3. Qruplarda tədqiqat aparmaq üçün iş vərəqlərinin hazırlanmasına verilən tələblər

  4. Dərsin informasiya mübadiləsi, informasiya müzakirəsi və nəticə - ümumiləşdirmə mərhələləri

Dərsin II Mərhələsi.

Problemin həlli üzrə irəli sürülən fərziyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna, şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

Dərsin ikinci mərhələsi, tədqiqatın aparılması iş formaları ilə həyata keçirilir. Bəzən müəllimlər iş formaları ilə metodları (strategiyaları) qarışdırırlar. Fəal təlimin iş formaları aşağıdakılardır:


  1. Fərdi iş forması

  2. Cütlərlə iş

  3. Qruplarla iş

  4. Bütün siniflə iş

Fəal təlim zamanı daha çox istifadə olunan iş forması qruplarla işdir. Bu iş forması şagirdlərdə problemin birgə həll edilməsini, bir-birinin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst fikir söyləməyi öyrədir.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin