Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Kiçik qruplarda işin təşkili



Yüklə 192,92 Kb.
səhifə40/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   108
Kiçik qruplarda işin təşkili.

Qruplar üzrə iş.

Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır.

Kiçik qruplarla iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə ilə fərqlənir?

Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar, qrupun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır.



Qruplarda işin şagirdlər üçün aşağıdakı faydası vardır:

-istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qabiliyyətlərini göstərə bilərlər (yeni-yetmələr çox vaxt öz qabiliyyətlərini nümayiş etdirməkdən çəkinirlər);

- passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qruplarda iş onlarda məsuliyyət hissi doğurur);

- şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər.

-şagirdləri problemin birgə həll edilməsinə öyrədir.

-hər bir kəsə fikrini söyləmək imkanı yaradır, başqalarını dinləməyi öyrədir.

-problemin həllində müxtəlif nöqteyi-nəzərlərin, yanaşmaların və üsulların olmasını göstərir.

-digər insanların mövqelərinə hörmətlə yanaşmağı öyrədir.

-hər bir şagirdin təlim prosesinə cəlb olunmasını təmin edir.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin