Qrup işinin təşkili zamanı müəllimin
vəzifələri (funksiyaları).
Qrup işinin uğurla keşməsi üçün müəllim aşağıdakı qaydalara riayət etməlidir:
Təşkilati aspektlər.
-işin təşkilini dəqiq ölçüb-biçmək, məqsədləri, planı və işin müddətini müəyyən etmək;
-qrup işi üçün zəruri materiallari (tapşırıqlar, iş vərəqləri və s.) hazırlamaq;
-qruplara bölmə üsulunun dərsin məqsədlərinə uyğun olaraq öncədən müəyyən etmək;
-iştirakçıları qruplara bölmək və yerləşdirmək;
-qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
-işin yerinə yetirilməsi üzrə dəqiq təlimat vermək və bunu lövhədə yazmaq;
-işin yerinə yetirilməsi vaxtını müəyyən etmək;
-qrup işinin qaydalarını müəyyən etmək;
-qrup işinin nəticələrinin məlumat mübadiləsi üçün şərait yaratmaq;
-qiymətləndirmə meyarını iştirakçıların nəzərinə çatdırmaq.
Dostları ilə paylaş: |