Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Qiymətləndirmə və refleksiya



Yüklə 192,92 Kb.
səhifə52/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   108
Qiymətləndirmə və refleksiya

Qiymətləndirmə istənilən prosesin təkimilləşməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətilərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.




Özünüqiymətləndirmə vərdişlərini formalaşdırmaq məqsədi ilə bütün sinifin və müəllimin qarşısında şagirdlərin özlərinə qiymət verməsi təcrübəsindən, habelə qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Bundan əlavə qiymətləndirmə meyarlar üzrə aparılmalıdır. Yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim şagirdləri əvvəldən bu meyarlarla tanış edə və ya qiymət verməklə ona əsaslandıra bilər.
Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərin müstəqil təlim (öyrənməyi öyrətmək), müstəqil özünü inkişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini qiymətləndirmə və refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədə uyğun olardı“.


Refleksiya artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası bilikləriн mənimsənil-məsini bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə yeni bilginin kəşfinə gətirib çıxarmış təlim hərəkət-lərinin alqortimini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual vermək kifayətdir. (məsələn, Biz nə edirdik? Qarşıya qoyulmuş problemin həllində sizə nə kömək etdi və s.) Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponenetlərini nailliyət qazanmaq üçün dərk etmiş olur.

Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar. Bunun özü də təlim prosesinin daha uğurlu keçməsinə kömək edər.

Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də kefiyyətcə qiymətləndirilə bilər, müxtəlif metodlarla və müxtəlif formalarda həyata keçirilə bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünü qiymətləndirmə və özünə nəzarət rolunu oynamalıdır.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin