Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə54/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   108
6.Vəziyyət üzrə praktikum;

7.Diskusiya;

8.Yazılı debatlar;

9.Qar topası;

10.Ziqzaq;

11.Blum taksonomiyası və s.

İndi isə adını çəkdiyimiz fəal təlim üsul və texnikalarını nəzərdən keçirək.

1.Əqli hücum şagirdlərin fəallığının artırılması və ideyaların sürətli generasiyası üsuludur.

Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı suala cavab axtarmaq üçün istifadə oluna bilər.



Tətbiq etmək qaydası:

- əqli hücumun hansı problem üzrə aparıldığını qərarlaşdırın;

-onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaşdırın;

- şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin;

- bütün ideyaları elə yazın ki, hamı görə bilsin.

Bunlar ayrı-ayrı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər.

- şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər;

- şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bildirməyə məcbur etməyin;

- ideyaları yazarkən onları qiymətləndirməkdən çəkinin;

- öz ideyalarınızı yalnız sinfin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda bildirin;

- əgər hər hansı cümlə aydın deyilsə, müəllifdən onu izah etməyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadıqlarını yoxlayın;

- hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi və gözlənilməzi faydalı və maraqlı olur.

- ideyaları tükənəndə, əqli hücumu dayandırın, bütün təklifləri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər.

Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iştirakı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud problemin həllinə kömək edən ideyaları seçmək mümkün olsun.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin