b.Mətni oxuduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır: əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd edin.
6.Şagirdlər verdikləri sualları təhlil edərək mövzu ilə bağlı artıq malik olduqları bilikləri yeni əldə etdikləri biliklərlə müqayisə edirlər.
a) Şagirdlər oxumamışdan əvvəl malik olduqları bilikləri (birinci sütunda qeyd edilmiş məlumatı) yeni öyrəndikləri biliklərlə (öyrənilmişlər sütunundakı məlumatla) müqayisə edirlər. Şagirdlər həmçinin cavab verilməli sualları müəyyənləşdirirlər. Onlara cavab vermək üçün tələb olunan məlumatı hara yerləşdirəcəyinizi şagirdlərlə müzakirə edin. Onların suallarından bəzilərinin cavabları olmaya bilər və ya yeni suallar şəxsi tədqiqat üçün başlanğıc nöqtəsi ola bilər.
b) Müəllim üçüncü sütundakı məlumatları müxtəlif kateqoriyalarda qruplaşdıra bilər.
Şərtlər:
Şagirdlərə BİBÖ-nun mahiyyəti və məzmunu haqqında məlumatın verilməsi;