Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə60/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   108
Tətbiq etmək qaydası:

-məşğələdən əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir, qruplar üçün cədvəllər hazırlayır;

-əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi şəraitlə bağlı biliklər əldə edirlər;

-müəllim şagirdləri 4-6 nəfərlik qruplara bölür. Hər bir qrup doldurmaq üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt müəyyənləşdirir; 15-dəqiqədən 20 dəqiqəyədək

-qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üstünlük və çatışmamazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər.

-tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növbə ilə öz işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir, qruplara eyni qərara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir.



5.Rollu oyun.

Rollu oyun daha maraqlı və səmərəli iş formasıdır. Rollu oyun kiçik improvizasiya pyesdir. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyə öyrətmək üçün oyundan istifadə olunur.

Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətməkdən, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin