1-ci mərhələ. Müəllimin qoyduğu suala şagirdlər fərdi şəkildə cavab verir, öz fikirlərini kağız vərəqlərdə qeyd edirlər.
2-ci mərhələ. Qruplara bölünmə aparılır, uşaqlar elə həmin məsələ üzrə işinə başlayır və öz rəyini vatman kağızı üzərində qeyd edir, sonra isə işini təqdim edir.
3-cü mərhələ. Müəllim qrupların rəyini ümumiləşdirir, təqdim olunmuş işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman vərəqinə yazır.
10.Ziqzaq
Ziqzaq- birgə qarşılıqlı təlim strategiyasıdır. Şagirdlərin qruplara bölünərək, eyni zamanda müəllim və şagird rolunda informativ mətni qavramasıdır.
Bu metod üçün tələb olunan vaxt mövzunun mürəkkəbliyindən asılı olaraq ibtidai və orta təhsil üçün iki saat, yaşlı öyrənənlər üçün isə dörd saat ola bilər.
Dostları ilə paylaş: |