Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Ziqzaqda istifadə olunan mərhələlər



Yüklə 192,92 Kb.
səhifə68/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   108
Ziqzaqda istifadə olunan mərhələlər:

Mərhələ-1.

Sinif 4 nəfərdən ibarət müxtəlif qruplara bölünür. Şagirdlərdən 1-dən 4-dək saymaları xahiş olunur ki, qrupdakı hər bir şagirdin öz nömrəsi olsun. Hər bir qrup üzvünə məzmunun bir hissəsi (məsələn, məqalədən bir hissə) göstərilən kartlar verilir. Məqalə qrupların sayına uyğun gələn hissələrə bölünür və hər bir qrup məqalənin bir hissəsini alır. Müəllim qısaca olaraq məqalənin adını və məzmununu müzakirə edir və bildirir ki, şagirdlərin vəzifəsi onu başa düşməkdən ibarətdir. Dərsin sonunda hər bir iştirakçı məqaləni başa düşməlidir. Dərs zamanı qruplar verilmiş hissəni necə başa düşdüklərini göstərməlidirlər. Müəllim şagirdlərin diqqətinə çatdırır ki, məqalə 4 hissəyə bölünüb.



Mərhələ-2.

Bütün bir nömrəli şagirdlər birinci hissəni, 2 nömrəli şagirdlər ikinci hissəni alacaqlar və s. Əgər sinifdə şagirdlərin sayı çoxdursa, sizə iki bir nömrəli qrup lazım ola bilər.

Əgər sinif doğrudan da çox böyükdürsə, sinfin yarısı şəkil-tapmaca ilə məşğul olduqları vaxt, şagird-lərin yarısına başqa tapşırıq vermək olar.

Müəllim izah edir ki, 1,2,3 və 4 nömrəli qrupdakı şagirdlər (yəni qrupdakı bütün 1 nömrəli şagirdlər, qrupdakı bütün 2 nömrəli şagirdlər və s) ekspert adlanır. Onların vəzifəsi verilmiş məzmunu daha yaxşı başa düşmək üçün eyni nömrəli şagirdlərlə tapşırığı oxumalı və müzakirə etməlidirlər. Eyni nömrəli şagirdlər tədris məzmununun tərzi barəsində razılığa gəlməlidirlər. Daha sonra onlar əvvəlki qruplarına qayıdırlar və qrup üzvlərinə yeni məzmunu öyrədirlər. Ekspertlər tədris strategiyaları və materialları barəsində razılığa gəlirlər. Öz məlumatlarını oxumaq, müzakirə etmək və tədris strategiyaları üzərində birgə işləmək üçün onlara vaxt verilir.



Mərhələ-3.

Ekspertlər qrupu müzakirələri bitirdikdən sonra ilkin qruplarına qayıdır və onlara həmin məzmunu öyrədir.

Müəllim şagirdlərə xatırladır ki, hər bir ekspert bütün məqalənin məzmununu başa düşməlidir. Şagirdlər məqalənin istənilən hissəsi ilə əlaqədar yarana biləcək sualları yazır və sonra həmin sualla bu hissəyə görə cavabdeh olan ekspertə müraciət edirlər. Əgər hələ də sualı olan şagirdlər varsa, onlar bu sualla bütün ekspertlər qrupuna müraciət edə bilər. Əgər hələ də suallar qalıbsa, onları aydınlaşdırmaq üçün tədqiqat aparmaq lazımdır.

Sonra müəllim şagirdlərə mövzunu və məqalənin əsas hissələrini xatırladır və onlardan xahiş edir ki, şagirdlər ekspertlərin təqdimatından necə başa düşüb-lərsə məqalənin hər bir hissəsini şifahi şəkildə artan qayda ilə danışsınlar.

Müəllim mövzunun məntiqi biliyini yoxlayır.

O, test keçirməklə şagirdlərin qavrama, analiz və sintez bacarıqlarını yoxlayan suallar verə bilər. Müəllim şagirdlərin iştirakını, əməkdaşlığını, cəlb olunmasını stimullaşdırmalıdır.

Bu metoddan istifadənin bir sıra üstün cəhətləri var:

- bacarıqlarını inkişaf etdirir;

- şagirdlərdə özünə inam hissini stimullaşdırır;

- mübahisə, ünsiyyət, və qrupdaxili qarşılıqlı əlaqə hisslərini inkişaf etdirir;

- məntiqi, tənqidi və müstəqil düşünməni inkişaf etdirir;

- fərdi və qrup məsuliyyətini inkişaf etdirir.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin