MÜHAZİRƏ 2
İxtisas: RİM
səhifə 7/108 tarix 10.01.2022 ölçüsü 192,92 Kb. #110518 növü Mühazirə
MÜHAZİRƏ 2
İxtisas: RİM
Kurs:IV
Fənn:Ümumi təhsilin kurikulumu
Mövzu: XXI əsrin bacarıqları və müasir kurikulumlar. Kurikulum islahatını zəruri edən səbəblər. Kurikulum konseptual sənəd kimi.
Ədəbiyyat siyahısı: 1. Azərbaycan Respublikasında Milli Təhsil Konsepsiyası (Milli Kurikulum). 30 oktyabr 2006= cı il
2. Təhsilin əsasları . Bakı 2014
3.Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010=cu il 3 iyun tarixli qərarı
Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com
Plan:
XXI əsrin bacarıqları və müasir kurikulumlar.
Kurikulum islahatını zəruri edən səbəblər.
Kurikulum konseptual sənəd kimi.
XXI əsrin xüsusiyyətləri:
Tez – tez dəyişən həyat şəraiti
Vaxt çatışmazlığı, problemlərin artması
İnformasiya bolluğu
Elm və texnikanın sürətli inkişafı
İqtisadi mexanizmlərin inkişafı
Hər sahədə inteqrasiya (qloballaşma)
Demokratik dəyərlərin dəstəklənməsi və eyni zamanda insan hüquqlarının pozulması
Şəxsiyyət azadlığı
Təbəqələşmə
İnsanlar arasında yadlaşmanın dərinləşməsi
Virtual ünsiyyətin yayılması
Ömrü boyu oxumaq ehtiyacının yaranması
Uşaqların ümumi inkişaf səviyyəsinin artması
Öz xalqının mədəniyyəti və ənənələrini bilməklə yanaşı, dünya mədəniyyətinin dəyərləri ilə tanış olmaq
Öz vətəndaş hüquq və vəzifələrini bilmək
Müstəqil olmaq
Digər insanlarla səmərəli qarşılıqlı fəaliyyət və harmonik münasibətlər qurmaq və problemləri konstruktiv həll etmək
Problemə müxtəlif nöqteyi – nəzərdən baxmaq və onu müxtəlif yollarla həll edə bilmək
Biliyi əldə etmək həvəsi
Müstəqil olaraq məlumatı axtarıb tapmaq ( müxtəlif məlumat mənbələri haqqında bilmək və onlardan istifadə etmək), seçmək, qiymətləndirmək və onunla işləmək
Əldə olunmuş məlumatı dərk etmək , ona tənqidi və yaradıcı yanaşmaq, bilikləri təcrübədə tətbiq etmək
Həm müstəqil, həm də kollektivdə müvəffəqiyyətlə işləmək
Müxtəlif müasir texniki avadanlıq və ünsiyyət vasitələrdən istifadə etmək
Yeni şəraitə uyğunlaşmaq
Çevik və təşəbbüskar olmaq
Öz qabiliyyətlərini həyata keçirmək bacarığı
Öz fəaliyyətini təşkil etmək və planlaşdırmaq və s.
Dostları ilə paylaş: