Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Mühazirə 13 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə88/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   108
Mühazirə 13

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Formativ qiymətləndirmə. Rubriklər formativ qiymətləndirmə vasitəsi kimi. Holistik və analitik rubriklər

Ədəbiyyat siyahısı: Zülfiyə Veysova, Fəal interaktiv təlim, Bakı 2008. UNİCEF. 1. A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014 Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008. Kurikulum jurnalı Bakı 2008.

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

  1. Formativ qiymətləndirmə

  2. Rubriklər formativ qiymətləndirmə vasitəsi kimi

  3. Holistik və analitik rubriklər

Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsil alanı istiqamətləndirmək məqsədi ilə aparılır.

Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazan-masına kömək məqsədi ilə aparılır. Məhz formativ qiymətləndirmə sahəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.

Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi formativ qiyətləndirmənin üzərinə düşür.

Formativ” sözü (formative) formalaşdıran, formalaşdrıcı deməkdir.

Formativ qiymətləndirmə təlim nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədi ilə aparılır. Fənni tədris edən müəllim formativ qiymətləndirməni məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırladığı meyarlar üzrə dərs ili ərzində mütamadi olaraq həyata keçirir. Nəticədə şagirdlərin ehtiyaclarını öyrənir, müvəffəqiyyət qazana bilməməsinin səbəblərini öyrənir və onu inkişaf etdirmək üçün müəyyən yollar arayır.

Formativ qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr aşağıdakılardır.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin