Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə91/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   108
Özünüqiymətləndirmə. Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı müəllim şagirdlərlə özünüqiymətləndirmə keçirə bilər. Özünüqiymət-ləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu “+”, “-” ilə işarə edir.

Şagirdin özünü qiymətləndirmə vərəqi

Meyarlar

Özünüqiymətləndirmə




Hərfləri tanıyır

+

-

Sait və samit səsləri fərqləndirir.







Səsləri hecalarla birləşdirərək oxuyur.







Hecalardan sözlər düzəldir









3. Summativ qiymətləndirmə

Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərlə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə bəhs və bölmənin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımilin sonunda ümumi təhsil müəssisəsi rəhbərliyinin və ya orada yaradılan müvafiq komisiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

Kiçik summativ qiymətləndirmənin keçirilmə vaxtı tədris planında həftədə həmin dərs üçün nəzərdə tutulan saatların sayından asılı olaraq fərdi şəkildə müəyyən edilir. Belə ki, ana dilindən kiçik summativ qiymətləndirmə üçün müəyyən edilmiş vaxt texnologiya və ya fiziki tərbiyə fənni üçün eyni ola bilməz. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən hazırlanır.

Böyük summativ üçün qiymətləndirmə vasitələri qiymətləndirmə standartları əsasında hazırlanır. Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən sayda suallar nəzərdə tutulur. Şagirdin düzgün cavab verdiyi sualların sayı ilə onun qiyməti müəyyən olunur.

Sualların ümumi sayının 10% - nə düzgün cavab verən”1”, 10% daxil olmaqla 20% - nə düzgün cavab verən”2”, 20% daxil olmaqla 50% - nə düzgün cavab verən “3”, 50% daxil olmaqla 80% - nə düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir. Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.

Summativ qiymətləndirmənin keçirilməsi üçün üsullar fənnin məqsədinə uyğun olaraq müəyyənləşir. Ana dili, riyaziyyat, “Həyat bilgisi” fənlərindən ən əlverişli qiymətləndirmə üsulları testləşdirmə və yazı, qiymətləndirmə vasitələri isə test tapşırıqları, imla, inşa, misal, məsələ həllidirsə müxtəlif çalışmalar həll etməsi, texnologiya fənni üçün şagirdin hər hansı bir məmulatı hazırlaması, musiqi üzrə hər hansı müsiqi nümunəsini ifa etməsi, fiziki tərbiyədən isə normativ-ləri yerinə yetirməsi ola bilər. Birinci siniflərin I yarımilində ana dili fənni üzrə summativ qiymət-ləndirmənin keçirilməsi üçün yazı üsulundan və imla (hərf, heca və bir, yaxud iki hecalı sözlərdən ibarət) vasitəsindən istifadə edilməsi məqsədəuyğundur.

Kurikulum tətbiq olunan siniflərin jurnalında gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak etməyənlərin adının qarşısında “q”, dərsdə iştirak edən şagirdlərin adının qarşısında “+” qeyd olunur. Jurnalda yalnız summativ qiymətləndirmənin keçiril-diyi gün üçün ayrılmış qrafada sütun şəkilində yazılır.

Şagirdlərin həm fiziki, həm zehni yüklənməsinin qarşısını almaq məqsədi ilə ibtidai siniflərdə formativ və summativ qiymətləndirmə aparmaq üçün yalnız Təhsil Nazirliyinin təsdiq etdiyi, monitorinq və qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. Qiymətləndirmənin göstərilən qaydalar əsasında aparılması üçün müəllimlərlə yanaşı, məktəb rəhbərləri də məsuliyyət daşıyır.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin