Cihaz texnologiyasında ehtiyyatlandırmanın prinsipləri
Ehtiyatda saxlama ümumi (bu halda elementlər qrupuna, bloklara və bütövlükdə aparaturaya ehtiyat saxlanılır) və ya elementlərə görə (ehtiyat saxlama bəndlərin, blokların və s.-nin etibarlılıq göstəricilərindən asılı olur) ola bilər. Ehtiyat elementlərin, blokların və ya sistemlərin sayının ehtiyatlananların əsasların sayına nisbəti ehtiyatlama qəfəsi adlanır və m ilə işarə olunur. Ehtiyatlanmanın göstərilən növlərinin hamısı isti, soyuq və növbətçi rejimlərdə tətbiq oluna bilər.
İsti ehtiyatlanmada ehtiyat bloku gərginlik altında olur və ixtiyari an işçi funksiyaları yerinə yetirməyə hazır olur. Bu halda ehtiyat blokun ehtiyatı əsas blokunku qədər sərf olunur.
Soyuq ehtiyat elə aparaturaya deyilir ki, onlar əsas aparatura ilə eyni xarakteristikalıdırlar. İşçi funksiyaları yerinə yetirməyə hazırdırlar, lakin əsasla eyni vaxtda işləmirlər. Bu halda ehtiyat blokunun ehtiyatı blok işə qoşulana qədər sərf olunmur və nəhayət növbətçi rejim ehtiyatı bloka elə qidalandırma gərginliyini və siqnalların verilməsini nəzərdə tutur ki, o işçi vəziyyətin qərarlaşması və ya stabilləşməsi ilə əlaqədar olur.
Rejimin seçilməsi aparaturanın işində buraxıla bilən fasilədən asılı ola bilər. Əgər bu müddət minimal olmalıdırsa, isti ehtiyatlanma və ya növbətçi ehtiyatlanma tətbiq olunur. Digər hallarda soyuq ehtiyatlanmadan istifadə olunur. Ehtiyat blokların qoşulması əl ilə və ya avtomatik yerinə yetirilə bilər. Bu halda qoşma qurğularının özləri yüksək etibarlılığa malik olmalıdırlar.
Ehtiyatlanmanın müxtəlif sxemləri vardır:
Ümumi daimi ehtiyatlama (şəkil 6.2)
Belə sistem üçün dayanmadan işləmə ehtimalı aşağıdakı düsturla müəyyən olunur:
,
burada n – elementlərin sayı, m – ehtiyatlanma dərəcəsi, P(t) – t müddəti ərzində i elementinin dayanmadan işləmə ehtimalıdır.
Elementlərə görə ehtiyatlanma sxemi şəkil 6.3-də göstərilir.
Bu sxemin mahiyyəti aşağıdakı kimidir. Ehtiyat n ayrı-ayrı elementar bloklara bölünür və onlar əsas məmulatla birləşir. Bloklardan biri işdən çıxdıqda zədəli blok ehtiyat bloku ilə əvəz olunur. Belə sistemin etibarlı işləmə ehtimalı aşağıdakı ifadə ilə müəyyən olunur:
Belə ehtiyatlanma daha yüksək etibarlılıq ehtimalı təmin edir.
Dostları ilə paylaş: |