Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 3,46 Mb.
səhifə26/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
m

Maqnit sahəsi





Ekranlanmış
sahə

Şəkil 3. Ferromaqnitli ekran

Maqnit olmayan metaldan hazırlanmış ekranlar cihazın daxili sahəsindəki ekranın materialından xarici maqnit sahəsini sıxışdırıb çıxartmaq prinsupinə əsaslanır. Xarici dəyişən maqnit sahəsi ekranda burulğanlı induktiv cərəyan yaradır. Bunun nəticəsində ekranın daxilində xarici sahə ilə görüşməyə istiqamətlənmiş, ekrandan kənarda isə xarici (həyəcanlandırıcı) sahə istiqamətdə maqnit sahəsi yaradılır (şəkil 4). Maqnit olmayan metaldan hazırlanmış ekranların effektivliyini ekran materialının keçiriciliyini və qalınlığını artırmaqla yüksəltmək olar. 10 MHs-dən yüksək olan tezlikdə maqnit sahəsini etibarlı ekranlamaq olar. Bu zaman dielektrik qapağın üzərinə 100 mkm-dən çox olmayaraq gümüş və ya mis örtük çəkilir.





Ekranlanmış
sahə



b




Burulğanlı cərəyan sahəsi
a

Şəkil 4. Qeyri - maqnit materialla maqnit sahəsinin ekranlanması: a) xarici sahə və burulğanlı cərəyan sahəsi; b) burulğanlı cərəyan sahəsində xarici sahənin ığılması




Elektromaqnit sahələrdən qorunmanın xüsusiyyətləri

Ekranı konstruksiya etməmişdən əvvəl bütün tədbirlərə baxmaq lazımdır ki, onları maneədən qurtarmaq məqsədilə daha sadə və ucuz üsulla hazırlanmış olsun. Məsələn, ikinci qida mənbəyində TV mənbə transformatoru və L drossel süzgəci adətən yan-yana yerləşmişıdir (şəkil 5). Səpələnmə sahəsində TV drosseli maqnit naqillə əhatə edir və TV sahə xətləri L dolağının sarğılarına düzbucaqlı istiqamətində drosseldə müəyyən mənbə maneəsi yaradir (şəkil 5, a). TV və L bir-birindən uzaqlaşdırmaqla, həmçinin drosseli elə istiqamətləndirmək lazımdır ki, TV-də sahənin güc xətləri drosselin dolağındaki sarğıların uzunu boyunca keçsin .





Şəkil 5. Mənbə transformatorunun (a) və süzgəc drosselinin (b) yerləşdirilməsi: 1, 3 – maqnit naqil; 2, 4 – sarğı


Elektromaqnit ekranlanma 1kHs-dən 1QHs-ə qədər tezlik diapazonunu əhatə edir. Elektromaqnit ekranlanmanın təsiri elektromaqnit enerjinin əksetdirilməsinə və onun daha qalın ekranda sönməsinə əsaslanır. Şəkil 6-də göründüyü kimi W elektromaqnit eneryisi dielektrik - ekran və ekran - dielektrik sərhəddində əks olunur. daha qalın ekranda sönür və ekranlayici sahədə tədricən təsirlənir.
Udulma və ekranlanma ekranın materialında burulğanlı cərəyanın istiliklə ötürülməsi, əks olunma ilə ekranlanmada isə ekranın materialının dalğa parametrlərinin və ətraf mühitin uyğun gəlməməsi ilən izah olunur. Tezlik diapazonunun aşağı sərhəddi üçün birinci dərəcəli kəmiyyət əksetdirməsi, yuxarı sərhəd üçün isə elektromaqnit enerjisinin sönməsidir. Elektromaqnit ekranlanmanı maqnit olmayan, həmçinin maqnit materialından yerinə yetirirlər. Maqnit olmayan metalların yüksək keçiriciliyindən spektrin aşağı tezlikli hissəsində effektiv istifadə etmək olar. Yüksək maqnit nüfuzluğuna və elektrik keçiriciliyinə malik olan ferromaqnit materiallardan elektromaqnit sahəsinin bütün tezlik diapazonlarında istifadə edilir. Ekranın qalınlığı imkan daxilində daha böyük olmalıdır.


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin