Cihaz texnologiyasında əsas tələbatlar
Cihaz texnologiyasında istismar tələbatlarını - mexaniki, xarici maqnit və elektrik sahələrininin, iqlim təsirləri nəzərə alınmaqla ölçmə vasitələri (ÖV) layihələndirilməlidir.
Mexaniki təsirin xarakterindən asılı olaraq aparatura aşağıdakı kimi hazırlanır: adi, yüksək dayanıqlı, silkələnməyə dayanıqlı, titrəməyə dayanıqlı, zərbəyə dayanıqlı və s.
Xarici maqnit və elektrik sahələrindən qorunma dərəcəsinə görə aparatura qorunan və qorunmayan növlü olur.
İqlim şəraitindən asılı olaraq ÖV-lər aşağıdakı qruplara bölünür:
Qapalı, quru, qızdırılan otaqlarda işləmək üçün təyin olunmuşlar
Quru qızdırılmayan otaqlarda işləmək üçün nəzərdə tutulmuşlar
Çöldə və ya dəniz şəraitində, həmçinin hərəkət edən qurğularda işləyənlər
Tropik şəraitdə işləyənlər
Bilavasitə texniki təlabatlara aşağıdakılar aiddir:
Ölçülən və ya çevrilən kəmiyyətin zaman ərzində dəyişmə xarakteri
Ölçülən və ya nəzarət olunan kəmiyyətin dəyişmə hədləri
Layhələndirilən aparaturanın ölçmə hədləri
Ölçmə hədlərini çevirmə üsulları
ÖV-nin ölçmə obyektinə təsir dərəcəsini müəyyən edən giriş çevricisinə olan təlabatlar
Ölçmə nəticəsini qeyd etmə üsulu
Tezlik diapazonu
Nəticəvi xəta.
İstehsalın təşkili və növləri
Ölçmə vasitələrin hazırlanma texnologiyasına və istehsalının təşkilinə daxil olan əsas terminlərə və anlayışlara baxaq. Dövlət standartlarına uyğun olaraq Ölçmə vasitələrin mürəkkəbliyindən asılı olmayaraq istehsalatda buraxılan məmulata daxil edilir.
Məmulat müəssisədə hazırlanmağa lazım olan istehsalatdakı istənilən əşya və əşyalar yığımı adlanır, yəni məmulat istehsalın son mərhələsinin məhsuludur. Məmulatlar detal, yığım vahidi, kompleks və komplekt şəklində ola bilərlər. EA-ın məmulatına uyğun olaraq onun özünü, həm də EA-ın tərkibinə daxil olan elementlərin və detalların aid edilməsi başa düşülür.
Detal yığım əməliyyatı istifadə olunmadan eyni adlı və markalı materialdan hazırlanan məmulatlardır (məsələn, millər, sıxaclar, rama və s.).
Yığım vahidi tərkib hissələrinin istehsal müəssisələrində yığım əməliyyatları ilə birləşdirilən məmulatlardır (bərkidilmə, qaynaq, lehim, yapışdırma). Yığım vahidinə yuvacıqları, TƏE-ni, blokları, qovşaqları və s. misal göstərmək olar.
Kompleks istehsal müəssisəsində yığım əməliyyatları ilə birləşdirilməyən, ancaq qarşılıqlı istismar funksiyalarının yerinə yetirilməsi üçün təyin edilən iki və ya daha çox məmulatdır. Kompleksdəki hər bir məmulatın özünün təyinatı mövcuddur (məsələn, hesablayıcı kompleks, radiolokasiya kompleksi və s.).
Komplekt istehsal müəssisəsində yığım əməliyyatları ilə birləşdirilməymn və köməkçi xarakterli ümumi istismar təyinatlı məmulatlar yığımı kimi təmsil olunan iki və ya daha çox məmulatdır (məsələn, ölçü aparatının komplekti, ehtiyat hissələrin komplekti və s.).
İstehsal prosesində işçilərin və istehsal alətlərinin birgə fəaliyyəti nəticəsində öz təyinatına uyğun əsas materiallar, yarımfabrikatlar və komponentlər hazır məhsula çevrilirlər (lövhə, yuvacıq, blok və s.).
İstehsal prosesləri əsas və köməkçiyə bölünürlər. Əsas istehsal prosesinə sifarişçi tərəfindən baxılan məhsulların hazırlanma prosesi aid edilir. Köməkçiyə isə anbarlaşdırma, daşınma, təmir, enerji və su təchizatı və s. daxildir.
Texnoloji proses (TP) istehsal prosesinin bir hissəsi olub, əmək vasitəsilə əşyanın vəziyyətini ardıcıllıqla dəyişməklə onun hazır məhsula çevirməsində birbaşa əlaqəlidir. Texnoloji proses əməliyyatlara, əməliyyatlar isə quraşdırma, mövqe, texnoloji keçid, hərəkət və üsullara ayrılır.
Texnoloji əməliyyat TP-in qurtarmış hissəsi olub, bir iş yerində bir və ya bir neçə işçi ilə bir və ya bir neçə emal edilən və ya yığılan detalların birlikdə yerinə yetirilməsidir.
Quraşdırma texnoloji əməliyyatın bir hissəsi olub, emal edilən tədarükün və ya yığılan yığım vahidinin dəyişdirilmədən yerinə yetirilməsidir.
Texnoloji keçid (keçid) texnoloji əməliyyatın qurtarmış hissəsi olub, yığımda emalın və ya birləşdirilmənin təşkil edilməsində səthin və istifadə olunan alətlərin dəyişməzliyini xarakterizə edir.
Köməkçi keçid texnoloji keçidin yerinə yetirilməsi üçün lazım olan tədarükün forma və ya vəziyyətini dəyişməyən texnoloji əməliyyatın qurtarmış hissəsidir.
Hərəkət keçidin bir hissəsi olaraq, emal olunan materialın səthindən bir qatın götürülməsi ilə qurtarır.
İşçi hərəkət tədarükə nisbətən alətin yerdəyişməsi ilə tədarükün formasının, ölçülərinin, səthinin və ya xüsusiyyətlərinin dəyişməsini müşayiət etməkdən ibarət olan keçidin qurtarmış hissəsidir.
Köməkçi hərəkət tədarükə nisbətən alətin yerdəyişməsi ilə tədarükün formasının, ölçülərinin, səthinin və ya xüsusiyyətlərinin dəyişmədən müşayiət etməkdən ibarət olan keçidin qurtarmış hissəsidir.
Boş-boşuna hərəkət dəzgah-avtomatlar üçün köməkçi hərəkətdir.
Mövqe tədarükün alətə nisbətən onu dəyişmədən qurğuda bərkidildikdə hər bir yeni vəziyyətidir.
Üsul işləmənin və ya hazırlığın yerinə yetirilmə prosesində ayrıca hərəkətlərin cəmidir (dəzgahı işə salma, söndürmə və s.).
İşçi yer əməliyyatları yerinə yetirmək üçün işçilərə təhkim edilmiş əsas texnoloji və köməkçi avadanlıqların, həmçinin vasitələrin istehsal sahəsinin bir hissəsidir.
Buraxılış taktı məmulatın buraxılışının yerinə yetirildiyi vaxt aralığıdır. Məsələn, 10 dəqiqədən bir 1 kompyuter.
Buraxılış ritmi (məhsuldarlıq) taktın əks qiyməti olmaqla, vahid zamandakı məmulatların sayıdır.
Məhsulların istehsalının üç əsas növü fərqləndirilir: vahid, seriyalı və kütləvi. Vahid istehsal buraxılan məmulatın həmçinin vahid və ya kiçik olması ilə xarakterizə olunur. Burada hazırlanma prosesi təkrar olunmur və ya müəyyən olunmamış zaman aralığında təkrar olunur. Vahid istehsal üçün universal, sazlanmış avadanlıqlar, yüksək ixtisaslı heyət, məhsulun yüksək qiyməti və aşağı məhsuldarlıq xarakterikdir.
Dostları ilə paylaş: |