Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Ölçmə vasitələrinin elektromaqnit sahələrindən mühafizəsi



Yüklə 3,46 Mb.
səhifə25/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
m

Ölçmə vasitələrinin elektromaqnit sahələrindən mühafizəsi

Maqnit sahəsindən ekranlanmanın məqsədinə mənbə və maneənin qəbulu arasında induktiv əlaqənin tam aradan qaldırılması və ya azaldılması aid edilir. Əgər maqnit seli naqillər tərəfindən yaradılan konturu kəsirsə, onda konturda maneələr yönəldilir. Bu induksuya gərginliyinin qiyməti (V) maneə müddətində aşağıdakı ifadə ilə hesablanılır




,
burada B - maqnit induksiyası, Ts; S - konturun səhəsidir,m .
Kontura yönəldilmiş maneə gərginliyinin azaldılması və ya tam olaraq onların aradan qaldırılması üçün aşağıdakılar nəzərə alınmalıdır:
konturları ekranda yerləşdirməli;
maqnit sahəsinin güc xətlərini elə istiqamətləndirmək lazımdır ki, onlar konturla kəsişmədən onun ətrafından keçsin;
konturun sahəsini azaltmalı.
Maqnit ekranlar ferromaqnitdən, həmçinin maqnit olmayan metallardan hazırlanır. Ferromaqnit materiallar böyük nisbi maqnit nüfuzluğuna malik olduğundan kiçik maqnit müqavimətli olurlar. Buna görə də maqnit sahə xətləri ekranın materialı ilə şuntlanır və ekranın daxilindəki sahə maqnit sahəsinin təsirinə məruz qalmayacaq (şəkil 3) . Şəkildə oxlarla maqnit sahəsinin təsirinin istiqamətləri göstərilmişdir.
Maqnit ekranlanma nə qədər effektiv olarsa, ekranın maqnit nüfuzluğu və ekranın qalınlığı bir o qədər böyük olur. Əgər maqnit ekranının gərginliyi materialının müqavimətinin qiymətinə bərabər və ya ondan yüksəkdirsə, onda doymaya qədər maqnitləşdirmə baş verir. Doymuş qat ekranın divarçığında daxili səthə çatan zaman maqnit sahəsi ekranlayıcı sahənin daxilində meydana çıxır. Ekranın materialının seçilməsində nəzərə almaq lazımdır ki, sahənin tezliyinin artması nəticəsində maqnit nüfuzluğu azalır və ekranın effektivliyinə öz mənfi təsirini göstərir . Ferromaqnit materiallar 0-dan 10 kHs tezlik diapazonuna qədər EA-nı keyfiyyətlə qoruyur.



Ekran


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin