Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Çap lövhələri, onların növləri və xarakteristikaları



Yüklə 3,46 Mb.
səhifə28/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
m

Çap lövhələri, onların növləri və xarakteristikaları
Müasir cihazlar və onların ayrı-ayrı elementləri çox halda öz aralarında müxtəlif şəkildə birləşmiş böyük sayda hissələrdən ibarət olur. Əvvəllər sxemlərin elementlərini naqillərlə birləşmə metodları mexanikləşdirmədə çətinlik törədirdi və ona görə də kiçik məhsuldarlıqlı olurdular. Həm də montaj vaxtı müəyyən sərfetmə ehtimalı yaranırdı. Çap plataları və montajın tətbiq olunması cihazların və aparatlarının yığılma proseslərini mexanikləşdirməyə və avtomatlaşdırmağa imkan verir. Bu hal cihazların etibarlılığı, məhsuldarlığı artır və çəki-ölçü xarakteristikaları azalır. Çap platalarında bilavasitə sxemlərin ayrı-ayrı elementlərinin, yəni induktivlik sarğacların, qovşaqların, çevirgəclərin kontaktlarını və s.-ni yaratmaq mümkün olur.
Çap lövhəsi (ÇL) – deşikli, oyuqlu, kəsikli və cərəyankeçirici metal (keçirici) zolaq sistemli səthi izolyasiya əsasından ibarət olan məmulatdır ki, elektrik prinsipial sxemə uyğun olaraq İMS-in, ERE-in və funksional qovşaqların kommutasiyası, həmçinin yerləşdirilməsi üçün istsifadə olunur. Praktiki olaraq elə bir aparat mövcud deyil ki, orada ÇL-in hər hansı bir növündən istifadə olunmasın.
Çap montajı – montajın elə bir üsuludur ki, burada elektron qovşaqlarının elementlərinin, həmçinin ekran da daxil olmaqla elektriki birləşdirilməsi çap naqillərinin köməyilə yerinə yetirilir. Çap naqili- keçirici konturda keçirici sahədir.
EA-da ÇL-i praktiki olaraq konstruktiv iyerarxiyanın bütün səviyyələrində iasifadə olunur. Sıfır səviyyəli modullarda mikroyığım və hibrid sxem qismində, birinci və sonuncu modullarda isə EA-ın və onun qovşaqlarının elektrik prinsipial sxeminə daxil olan bütün elementlərin elektriki və mexaniki birləşmələri əsas şəkilində tətbiq olunur.
Dövlət standartlarında ÇL-in aşağıdakı tiplərinə baxılır :
birtərəfli çap lövhəsi (BÇL) - bir tərəfində keçirici konturlarla yerinə yetirilən çap lövhəsidir ;
ikitərəfli çap lövhəsi (İÇL) - hər iki tərəfində keçirici konturlar və bütün tələb olunan birləşmələr yerinə yetirilən çap lövhəsidir ;
çoxqatlı çap lövhəsi (ÇÇL) - iki və ya daha çox keçiricili konturlu qatdan və onlar arasında tələb olunan birləşmələri yerinə yetirməklə izolyasiya materiallarının növbəli qatlarından ibarət olan çap lövhəsidir ;
elastik çap lövhəsi (EÇL) - elastik əsasdan ibarət olan çap lövhəsidir;
elastik çap kabeli (EÇK) - elastik əsasda yerləşmiş paralel çap naqillərinin sistemidir ;
elastik-sərt lövhə - sərt ÇL-i arasında birdən iyirmiyə və daha çox birtərəfli, çoxtərəfli elastik ÇL-ni birləşdirən lövhədir.
Keçirici kontur - keçirici materiallardan yaradılmış (çap naqilləri, kontakt sahəsi, sökülən çap kontaktlarının sonluqları və s.) ÇL-in ayrıca qatlarındakı bütün elementlərin cəmidir.



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin