Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


İstehsalatın konustruktor hazırlığı



Yüklə 3,46 Mb.
səhifə4/39
tarix01.12.2023
ölçüsü3,46 Mb.
#136962
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
m

İstehsalatın konustruktor hazırlığı
Məmulatların istehsalının sənaye buraxılışında onları tələb olunan miqdarda hazırlamamışdan əvvəl istehsalın texniki hazırlığı yerinə yetrilir. O, əsasən dörd mərhələdən ibarət olur:

  1. Konstruktor mərhələsi

  2. Texnoloji mərhələ

  3. İstismar mərhələsi

  4. Təşkilati istehsalat hazırlığı

Yeni məmulat işlənildikdə konstruktor hazırlığı iki mərhələyə bölünür:

  1. Eskiz layhələndirilməsi

  2. İşçi (texniki) layhələndirmə

İstehsalın konstruktor hazırlığından əvvəl məmulat üçün texniki tapşırığın (TT) işlənilməsi və yerinə yetrilməsi təsdiq edilir. Texniki tapşırığa aşağıdakılar aiddir.

  1. Məmulatın təyinatı və komplektliyi (ilk növbədə sifarişçi ilə razılaşdırılır).

  2. İstismar təlabatları

  3. Texniki təlabatlar

  4. Konustruktor təlabatları

  5. Texniki sənədlərə olan təlabatlar

Texniki tapşırığın analizi nəticəsində texniki təklif hazırlanır, materiallar seçilir, eskiz layihələnməsi üçün tələb olunan hazırlıqlar yerinə yetirilir.
Texniki tapşırıq sənədlərinə DSD-yə əsasən “P” literi mənsub edilir.İstehsalın konustruktor hazırlığı mərhələsində məmulatın strukturunu və elementini seçdikdə məmulatın bəndlərinin hamısının “informasiyaya görə eyni hüquqlu“ olmasını nəzərdə tutmaq lazımdır.Bu o demək ki, məmulatın bəndlərinin hamısı eyni dərəcədə dəqiqlik, etibarliliq və cəldişləmə təmin etməlidir.Bu qaydanın pozulması xarakteristikanı yaxşılaşdırmadan məmulatın xarab olmasına səbəb olur. TT-ni tərtib etdikdə əmin olmaq lazımdır ki, sifarişçinin təlabatları çox yüksək olmasın və məmulat tələb olunandan daha dəqiq və cəldişləyən layihələndirilsin.
Eskiz layihələndirilməsi aşağıdakı qaydada yerinə yetirilir:

  1. Məmulaın işləmə prinsipi seçilir.Onun struktur sxemi müəyyən edilir və ayrı-ayrı bəndlər arasında funksiyalar bölünür. Bu mərhələdə məmulatın istismar, texnoloji və iqtisadi göstəriciləri nəzərə alınır. Həm də məmulat çox sayda hazırlanmalıdırsa qənaətcillik və texnolojilik xüsusiyyətləri bir o qədər çox əhəmiyyətə malik olur.

  2. Ayrı-ayrı blokların qurulma sxemi seçilir və ayrı-ayrı çeviricilərin tipi müəyyən edilir. Məmulatın layihələndirilməsinə ən sadə variantlardan başlayaraq hər dəfə məmulatın tamamilə və ya qismən standart və artıq tətbiq olunmuş hazır elementlərdən (vericilərdən, gücləndiricilərdən, qidalandırma mənbələrindən) yığıla bilməsini yoxlamaq lazımdır. Əgər bu variantlar yaramırsa, o halda daha mürəkkəb variantlar seçilir. ÖV-ni layihələndirdikdə mühüm xüsusiyyətlərdən biri onların ayr-ayrı funksional çeviricilərdən (bloklardan) ibarət olmasını təsəvvür etməkdən ibarətdir. Bu hal ayrı-ayrı bloklara xüsusi tələbatlar təyin etməyə, onların iş prinsipini asılı olmadan seçməyə, ayrı-ayrı bəndlərin işə yararlı olub olmadığını müəyyən etməyə və digər çeviricilərə toxunmadan onun iş prinsipini və konstruksiyasını dəyişməyə imkan verir.

  3. Çevricilər seçildikdən sonra məmulatın əsas elementlərinin təxmini konstruktiv yığımı yerinə yetirir.

  4. Ayrı-ayrı çevricilərin parametrlərinin seçilməsi və onların bir-birinə olan təlabatları nəzərə alınmaqla təxmini hesblamalar yerinə yetirilir. Bu mərhələdə informasiya-ölçmə texnikası vasitələrinin ikinci xüsusiyyəti, yəni eksperiment və hesabat arasında sıx əlaqənin olması meydana çıxır. ÖV-də çox halda dəqiq nəzəri hesablamaya daxil olmayan çeviricilər istifadə olunur. Belə hallarda ayrı-ayrı çeviricilərin və bütün məmulatın maketlərinin bir sıra variantlarını hazırlamaq və faktiki eksperiment nəticələri almaq, mürəkkəb hesabatlar aparmaq onların həqiqi verilənlərədəqiq uyğun olduğunu müəyyən etməkdən daha tez və sərfəli olur. Ona görə də adətən əvvəlcədən təxmini hesabat aparılır.

  5. Maket hazırlama mərhələsində çeviricilərin konstruksiyaları dəqiqləşdirilir. Onların konsturiktiv hesablaması yerinə yetirilir.Məmulatın köməkçi elementlərinə (qida mənbələrinə, işıqlanmaya, qızdırılmaya və s.) təlabatlar müəyyən edilir.Köməkçi blokların hesablaması və konstruksiya edilməsi yerinə yetirilir.

  6. Bundan sonra ayrı-ayrı çeviricilərin və bütövlükdə məmulatın maketləri hazırlanır, onların istismar şəraitində sınaqları yerinə yetirilir.

  7. Maketlərin eksperimental (təcrübəli) sınaqları əsasında dəqiqləşdirilmiş hesablama parametri və konstruksiyanın düzəlişi aparılır və son variantın seçilməsi yerinə yetirilir.

  8. Sınaqlardan müvəffəqiyətlə keçmiş yığılma vahidi və çeviricilərdən məmulatın yıgılması yerinə yetirilir və onun nəticəvi sazlanması aparılır.

  9. Texniki şərtlərə uyğun olaraq məmulatın maketinin hər tərəfli sınaqları yerinə yetirilir.

Qeyd etmək lazımdır ki, eskiz layihələndirilməsi prosesində lazım olan materiallara sifarişlər yerinə yetirilir, məmulatın səmərəliliyi və texnoloji məsələləri aydınlaşdırılır.Bu mərhələdə müəyyən texniki (texnoloji) sənədlər, məsələn, məmulatın və ayrı-ayrıblokların certyojları,sxemlərı,texniki şərtləri,məmulatın texniki səmərəliyi əsaslandırılır. Eskiz layihələndirilməsi sənədlərinə “ E“ literi mənsub edilir.
Məmulatın maketi hərtərəfli sınandıqdan sonra eskiz layihəsi baxılmaq və təsdiq olunmaq üçün istifadəçiyə (sifarişçiyə) verilir, sonra texniki istehsala verilir (texniki layihələndirmə başlayır).
Texniki (işçi) layihələndirmə prosesində aşağıdakılar yerinə yetrilir:

  1. Məmulatın ayrı-ayrı elementlərinə texniki təlabat tərtib olunur.

  2. İşçi çertiyojları və sxemlərin komplekti hazırlanır

  3. Təcrübə nümunəsi hazırlanır və sınanır

  4. Təcrübə partiyası hazırlanır vəonun texniki şərtlərin bütün bəndlərinə görə sınaq aparılır.

Texniki layhənin sənədlərinə “T” literi verilir.
Təcrübə partiyası hazırlanır və sınaqların nəticəsinə görə konstruktor sənədlərinə düzəlişlər edilir.
TP-nin müvəffəqiyyətli sınaqları əsasında qərarlaşmış seriya hazırlamaq üçün sənədlər istehsalata verilir və məlumatın kütləvi istehsalına başlanır.


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin