Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Etibarlığın kəmiyyət xarakteristikaları



Yüklə 1,91 Mb.
səhifə12/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   39
CTƏ mühazirə

Etibarlığın kəmiyyət xarakteristikaları

Dayanma təsadüfi proses olduğu üçün etibarlılığın kəmiyyət kriterisi məlum t zaman müddətində sonuna qədər aparaturananın dayanmadan işləmə ehtimalı P(t) həm də 0 ≤ P(t) ≤ 1 təyin olunur:


,
burada m – xarab olmuş elementlərin sayı, n – elementlərin ümumi sayı, n - m – dayanmadan işləyən elementlərin sayıdır.
Elementlərin (aparaturanın, sistemin) etibarlılığının kəmiyyət xarakteristikasını hesablamaq üçün ən münasib göstərici dayanmaların (imtinaetmələrin) intensivliyidir λ(t):
,
burada Tor – dayanmaya qədər olan orta işləmə müddətidir. Bu halda dayanmadan işləmə ehtimalı aşağıdakı ifadə ilə müəyyən olunur:
;
,
Bu o deməkdir ki, elementin t işləmə müddəti Tor-ya görə nə qədər azdırsa, dayanmadan işləmə ehtimalı bir o qədər böyük olur. Qeyd etmək lazımdır ki, ümumi halda λ(t) sabit kəmiyyət deyildir. Əksər hallarda λ(t) asılılığı şəkil 1-də göstərilən kimi olur.

Qrafikdən göründüyü kimi 0-dan t1-ə kimi hissədə dayanmaların intensivliyi kəskin sürətdə azalır. Bu da ölçmə vasitəsinin istismarının başlanğıcında zədəsi olan elementlərin olmasından, düzgün olmayan quraşdırmadan və s.-dən asılı olaraq dayanmalarının sayının çox olmasıdır.
t1-dən t2-yə qədər II hissə dayanma intensivliyinin sabitliyi ilə xarakterizə olunan bu hissə aparaturanın normal işini xarakterizə edir və ilkin hissəyə nisbətən daha uzun olur. t2-dən sonra başlayan III hissə köhnəlmə və dağılma nəticəsində dayanma intensivliyinin kəskin artımı ilə xarakterizə olunur. Əgər aparat λ1, λ2, ... λn-li n elementdən ibarətdirsə, o halda aparatın dayanma intensivliyi (elementlərin ardıcıl birləşməsində) aşağıdakına bərabər olur:
.
Bu halda etibarlılıq ehtimalı
.
λ-nın qiyməti elementlər üçün ədəbiyyatda xüsusi cədvəllər şəklində verilir.
Elementlərin paralel birləşməsi halında intensivlik aşağıdakı ifadə ilə müəyyən olunur:

Yəni paralel birləşmədə sisitemin dayanmalar intensivliyi zamanın m tərtibli funksiyadır. Burada m dəfələrlə ehtiyatlanma dərəcəsidir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin