Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Ölçmə vasitələrində soyutma məsələləri



Yüklə 1,91 Mb.
səhifə17/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
CTƏ mühazirə

Ölçmə vasitələrində soyutma məsələləri

Cihazların işləməsi zamanı öz-özünü qızdırması nəticəsində artıq istiliyin kənarlaşdırılması, yəni soyudulması vacib məsələlərdən biridir. Məlum olduğu kimi, ətraf mühitə cihazdan istiliyin ötürülməsi konduksiya, konveksiya və şüalandırılma ilə həyata keçirilir.


Konduksiya – cisimlərin istilik keçirməsi hesabına görə cisimlərin və ya təmasda olan hissələr arasındakı istilik enerjisinin ötürmə prosesidir.
Konveksiya – qaz və mayenin makrohissəciklərin vasitəsilə enerjinin ötürülməsidir.
Şüalandırma ilə istiliyin ötürülməsi istilik enerjisinin şüalandırma enerjisinə çevrilməsi hesabına olur.
Real şəraitdə istilik mübadiləsi eyni zamanda iki və ya üç növün əsasında həyata keçirilir. Stasionar cihazlar üçün əsasən istilikkeçirmə, təbii hava və məcburi, həmçinin boru kəmərində mayenin əlavə soyudulması ilə məcburi hava soyutma üsullarından istifadə olunur. Sxemin parametrlərinin stabilliyinə yüksək tələblər zamanı blok və bəndlərin termostatlaşdırma tətbiq edilir.
Soyutma üsulları istilik vermə əmsalı ilə xarakterizə oluna bilər [Vt/(m2C)].
Konduksiya ilə istilik ötürülmə. Cihazların elementlərinin sıxlığının artması ilə istiliyin böyük bir hissəsi konduksiya ilə kənarlaşdırılır, yəni qızdırıcı elementdən istilik enerjisinin aşağı temperaturlu elementə ötürülməsi ilə yerinə yetirilir. İstilik əmələ gətirən elementlərdən konstruksiyaya istiliyin ötürülməsinin şəraitini yaxşılaşdırmaq üçün istilik dəliklərindən, istilik ötürən şinlərdən, metal əsaslı çap platalarından istifadə olunur.
İstilikkeçirmə yolu ilə istilik mübadiləsinin səmərəliliyini artırmaq üçün istilik ötürən səthin sahəsini artırmaq, istiliyin ötürmə yolunu azaltmaq, yüksək istilik ötürücülüklü materiallardan istifadə etmək zəruridir.
Konveksiya ilə istilik mübadiləsi. Təbii və məcburi hava ilə soyudulma ən sadə və mümkündür. Radioelementlərin istiləşmiş korpusundan istilik təbii konveksiya hesabına ətraf atmosferə ötürülür. Təbii hava soyudulmasının səmərəliliyi korpus ilə ətraf mühit arasında temperatur fərqindən və korpusun səthinin sahəsindən düz mütənasib asılıdır.
Təbii konveksiya ilə soyudulma prinsipi hava laylarının elementlərdən ayrılan istiliklə qızması nəticəsində sıxlığının azalması ilə onlar yuxarıya doğru yerini dəyişir və nəticədə soyuq hava layları elementləri əhatə edir. Soyuq havanın həcmi çox olduqca istilik mübadiləsi yaxşı olur. İstilik mübadiləsinin səmərəliliyi cihazda elementlərin yerləşdirilmə yerindən asılıdır.
Təbii hava soyudulmasının keyfiyyəti cihaz tərəfindən ayrılan gücdən, korpusun qabarit ölçülərindən, formasından və onun səthinin sahəsindən asılıdır.
Soyudulmanı yaxşılaşdırmaq üçün korpusun səthinin sahəsini süni artırmaqla, məsələn, xüsusi qabırğaların – radiatorların daxil edilməsilə əldə etmək olar (Şəkil 7.1).

Şəkil 7.1-də 1 – korpus, 2 – inteqral sxem, 3 – istilikötürən, 4 – çap platasıdır.
İstilik rejiminin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması xüsusi ventilyasiya deşiklərinin cihazın korpusunun damında və dibində yerləşdirilməsi ilə əldə edilir.
Məcburi hava soyudulması. Məcburi hava soyudulması zamanı cihazın korpusunun daxili zolaqlarından istilik mübadiləsi havanın hərəkət seli ilə həyata keçirilir, onların həcmi və hərəkət sürəti ventilyatorlarla təyin edilir. Məcburi hava soyudulması 0,5 Vt/sm2-dan çox olmayan istilik ayıran cihazlarda geniş istifadə edilir və havanın aşağıdan yuxarı və yuxarıdan aşağı verilməsi sxemi üzrə yerinə yetirilir.
Havanın aşağıdan götürülməsi zamanı tozların miqdarı çox olur ki, bu da cihazın çox çirklənməsinə, yuxarıdan aşağı soyudulma zamanı isə az çirklənməyə səbəb olur, lakin havanın böyük miqdarda sərfini tələb edir.
Soyuducu havanın temperaturunun aşağı və onun hərəkət sürəti çox olduqca, bir o qədər məcburi hava soyudulması səmərəli olur.
Mayeli soyuducu sistemləri ancaq kifayət qədər böyük ölçmə-hesablama sistemlərində tətbiq edilir.

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin