Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mühazirə 7 Mövzu: İqlim faktorlarının ölçmə vasitələrinə təsiri



Yüklə 1,91 Mb.
səhifə15/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
CTƏ mühazirə

Mühazirə 7
Mövzu: İqlim faktorlarının ölçmə vasitələrinə təsiri

İqlim faktorlarının ölçmə vasitələrinin kosntruksiya materiallarına təsiri əsasən korroziya proseslərinin əmələ gəlməsində, mexaniki və dielektrik xassələrinin itməsində, elektrik keçiriciliyinin dəyişilməsində özünü göstərir. Təsiredici faktora reaksiya, konstruksiya materiallarının, onların tərkibindən asılılığına görə xassələrinin dəyişmə sürəti və dərəcəsi müxtəlifdir. Metallarda korroziya prosesi kimyəvi və ya elektrokimyəvi təbiətə malikdir, lakin bu hallarda səbəb eynidir: metalın daha stabil təbii vəziyyətə keçməsi. Korroziya prosesi enerjinin ayrılması ilə əlaqədar olub, reaksiyanın öz-özünə getməsini göstərir və bu zaman kənardan enerji alınmır.


Kimyəvi korroziya prosesi rütubət olmadan baş verir. Elektrokimyəvi korroziyada isə metalın əriməsi (həll olunması) və yeni birləşmələrin əmələ gəlməsi elektrolitin iştirakı ilə, yəni su ilə olur.
Korroziyanın üç növü var: bərabər, qeyri-bərabər və kristalarası. Bərabər korroziya zamanı metalın bütün səthi üzrə ayrı-ayrı korroziya olunmuş yerlərdən daimi yayılır.
Qeyri-bərabər korroziya ayrı-ayrı yerlərlə məhdudlaşır və məsələn, qoruyucu örtüyün pozulması naticəsində əmələ gəlir.
Kristalarası korroziya metalın dərinliklərinə strukturun qırılması yolu ilə keçməsi və kristalların sərhədi boyunca yayılması ilə xarakterizə olunur.
Atmosferdə turşu, qələvi və duzların olması korroziya prosesini sürətləndirir.
Aqressiv atmosferin izolyasiya olunmuş materiallara təsiri onlar tərəfindən rütubətin udulması, dielektrik xassələrinin pisləşməsi və tədricən dağılması ilə baş verir. Rütubəti udmayan izolyasiya plastmasları yoxdur. Daxil olan rütubətin miqdarı və daxil olma vaxtı müxtəlif materiallar üçün eyni deyil. İzolyasiya materiallarına rütubətin daxil olması kapilyar və diffuziyalı olur.
Kapilyar daxil olma materialda kobud mikroskopik boşluq, çatlar və başqa nöqsanların olduğu halda baş verir. Mikroelektronikada ancaq çox keyfiyyətli izolyasiya materiallarından istifadə olunduğundan, onlar praktiki olaraq belə nöqsanlardan azaddırlar.
Diffuziya ilə daxil olma prosesi daha mühüm əhəmiyyətə malikdir. O, materialın molekulları arasına suyun molekullarının dolması ilə gedir. Bu halda suyun molekulunun yerdəyişməsi onların konsentrasiyası az olan tərəfə olur. Yüksək nəmlik zamanı su molekulları materialın içinə daxil olur (nəmliyin udulması), lakin quru isti atmosferdə – materialdan kənara çıxır (quruma). Dielektrik tərəfindən rütubətin udulması onun müqavimətinin azalmasına, dielektrik itkilərin artmasına, şişməsinə, mexaniki korlanmasına gətirir.
Kif göbələkləri, ən güclü bioloji faktorlardan biri kimi, cihazların iş qabiliyyətinə mənfi təsir göstərə bilər. Kifin əmələ gəlməsi və inkişafı üçün havanın nisbi rütubətinin (80-100%) və temperaturunun 25-37C olması zəruridir. Belə şərtlər tropik rütubətli iqlimi olan ölkələr üçün təbiidir, lakin onlar süni olaraq cihazların istismar edildiyi yerlərdə də əmələ gələ bilər.
Ölçmə vasitələrində istifadə olunan materiallar arasında kifin ən böyük təsiri orqanik əsası olan, xüsusən də, keçirici birləşmələrinin izolyasiya materiallarına göstərir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin