Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Şəkil 1. Elastiki(rezin) altlıqlarla germetikləşdirmə



Yüklə 1,91 Mb.
səhifə22/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
CTƏ mühazirə

Şəkil 1. Elastiki(rezin) altlıqlarla germetikləşdirmə:
1 - korpus; 2 - qapaq; 3 - vint; 4 - altlıq

Müəyyən zaman müddətində nəmlik bütün üzvi materiallardan keçdiyi üçün, üzvi materialdan hazırlanmış altlıqlı məmulatlar su buxarından yalnız bir neçə həftə qorunmanı təmin edə bilər.


Əgər germetikləşdirilmiş məmulatın daxili temperaturu ətraf mühitin temperaturundan aşağı olarsa, onda məmulatın daxilində yüksək rütubətin nəticəsində nəmlik suya çevrilərək imtinaya səbəb olur. Lövhənin və elektrik birləşdiricilərinin şaquli istiqamətdə olması məmulatdakı altlıqdan nəmliyin təbii yolla çəkilməsini təmin edir. Konstruksiyadan nəmliyin asanlıqla çəkilməsi üçün onun səthi hamar olmalıdır.
Germetik aparatların daxilində nisbi rütubətin müəyyən olunmuş həddə qədər sabit qalması üçün məmulatın daxilinə aktiv udma qabiliyyətli maddələr yerləşdirilir. Həmin maddələrə silikat, kalsium xlor, fosforlu susuz kalsium - sulfat aid edilir. Məsələn, silikat özünün quru kütləsinin 10% - ə qədərində nəmliyi udur. Beləliklə, aparatın daxilində nisbi rütubət 80%-i keçmir.
Germetikləşdirilmədə germetikliyə sərt tələblər qoyulduqda korpusun bütün perimetri boyunca qaynaq və ya lehimləmə aparılır (şəkil 2).
Məmulatın korpusunun konstruksiyası bir neçə dəfə germetikləşməyən / germetikləşən əməliyyatları yerinə yetirməlidir. 1 korpusunun küncünə ən yüksək hərarətə davamlı 2 rezin altlıq quraşdırılır ki, 3 qalaylanmış polad məftil yerləşdirilsin. Məftil məmulatın konturu boyunca korpusa lehimlənməklə qaynaq yeri yaradır. Məftilin boş qalan ucu keçirici qismində 5 qapağındakı çıxıntıya qoşulur. Məmulatın germetikləşdirilməməsində qaynaq yeri qızdırılır və lehim məftillə birlikdə asanlıqla ondan ayrılır. Germetikləşdirilməni dəfələrlə təkrar etmək mümkündür. Rezin altlıq məmulatı lehimləmə zamanı qızmaqdan qoruyur.
Germetikləşdirilmə üsullarınin seçilməsi istismar şəraitindən, istifadə edilən material və altlıqlardan, həmcinin elektrik montajina olan tələblərdən təyin olunur. Germetikləşdirilmə üsullunun seçilməsinin qəti qərarı nəmlik kamerasında EA-in natural sınağının keçirilməsindən sonra qəbul edilə bilər.





Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin