Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə11/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
C fakepathMuhazire toplusu

Kimyəvi tərkibi. Təbii karbohidrogen qazlarının ümumi kimyəvi formulası CnH2n+2 formasındadır. Qazların əsas komponenti metandır (CH4) ki, onun tərkibi təbii qazlarda bəzən 98% çatır. Təbii qazların tərkibinə metanla birlikdə digər ağır karbohidrogen qazları da olur. Bundan əlavə, qazların tərkibində N, CO2, H2S və Ar kimi komponentlər də iştirak edir.
Təbii qazlar - aşağıdakı qruplara bölünür:
1. Tərkibi ağır karbohidrogenlərdən təcrid olunmuş və quru qazlardan ibarət təmiz qaz yataqları.
2. Neftlə bərabər çıxarılan qazlar (neftdə həllolmuş, yaxud səmt qazı). Bu qazların fiziki tərkibi təmiz qaz, propan-butan fraksiyası (zəngin qazlar) və qaz benzinlərinin qarışığından ibarətdir.
3. Qaz-kondensat yataqlarından çıxarılan qazlar – quru qaz və maye karbohidrogen kondensat qarışığından təşkil olunur. Karbohidrogen kondensat ağır karbihidrogenlərdən (C5+yüksək, C6+yüksək və s.) ibarət olub, benzinli, liqroinli, kerosinli və bəzən daha ağır fraksiyalara ayrılır.
Qazların fiziki xüsusiyyətləri - Qazın sıxlığı (ρq) aşağıdakı düsturla hesablanır:
ρq=M/Vm
burada,
Vm standart şəraitdə 1 mol qazın həcmidir.
M= 22,4l
Ümumiyyətlə, qazların sıxlığı (ρq) - 0,73-1,0 kq/m3 hüdudlarında dəyişilir.
Qazların sıxılma əmsalının qiyməti daha etibarlı laydan götürülmüş qaz nümunələri əsasında laboratoriya tədqiqatları nəticəsində müəyyən oluna bilər. Belə tədqiqatlar olmadıqda isə sıxılma əmsalının qiyməti Q.Braun qrafikinə əsasən tapılır. Qazların sıxılma əmsalından qaz ehtiyatlarının hesablanmasında istifadə edirlər:
Təbii qazların nəmlik tutumu. Təbii qaz və qazkondensat qarışıqları müxtəlif formalarda lay suları ilə əlaqədə olurlar ki, onun nəticəsində həmin qazlar və qarışıqlar layda müəyyən miqdarda su buxarı təşkil edirlər. Qazda su buxarının həllolması təzyiq, temperatur və onun tərkibindən asılıdır. Verilmiş şəraitdə qazda olan su buxarının miqdarının nisbəti, həmin şəraitdə su buxarının maksimum mümkün olan tərkibinə qazın nisbi nəmliliyi deyilir. Bu, su buxarı ilə qazın doyumluq dərəcəsini xarakterizə edir. Nisbi nəmlilik vahidin hissəsi yaxud faizlə ifadə olunur. Vahid həcmdə və yaxud qazın kütləsində olan su buxarının miqdarı mütləq nəmlilik adlanır. Mütləq nəmlilik q/m3 yaxud q/kq ölçülür.
Qaz və qaz-kondensat qarışıqlarında mövcud olan su buxarı karbohidrogen sistemlərinin dəyişmə fazasına təsir edir. Müəyyən termodinamiki şəraitdə su qazdan ayrılaraq, damcı-maye halına keçir. Qaz – kondensat sistemlərində eyni zamanda su və kondensat ayrıla bilər. Lakin, suyun mövcudluğunda karbohidrogenlərdə kondensasiyanın başlanğıc təzyiqi artır ki, bu da qaz-kondensat yataqlarının işlənilməsi zamanı nəzərə alınmalıdır.
Təzyiqin azalması nəticəsində qazdan ayrılan karbohidrogenlərin maye fazasına kondensat deyilir. Lay şəraitində kondensat adətən bütünlükdə qazda həll olmuş halda olur. Kondensata sabit və xam vəziyyətdə də rast gəlinir.
Qaz-kondensat yataqlarının vacib xüsusiyyətlərindən biri də kondensat-qaz amilidir ki, bu da 1 m3 separasiya qazına düşən 1 sm3 xam kondensatın miqdarını göstərir. Təcrübədə qaz-kindensat amilindən də istifadə edilir ki, bu amilin qiyməti də müxtəlif yataqlar üçün 1500-dən 25000 m3/m3 hüdüdlarında dəyişilir.
Sabit kondensat pentan və yüksək (C5+yüksək) maye karbohidrogenlərdən təşkil olunmuşdur. Onu xam kondensatdan qazsızlaşma yolu ilə alırlar. Kondensat komponentlərinin qaynama temperaturu əsasən 40-2000C hüdüdundadır. Onun molekul kütləsi 90-160-dır. Standart şəraitdə sabit kondensatın sıxlığı 0,60-0,82 q/sm3 hüdudlarında dəyişilir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin