Mühazirə 1 Nanotexnologiya


Deeumlqatorlu lay suyunun əhəmiyyəti -



Yüklə 1,74 Mb.
səhifə18/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
C fakepathMuhazire toplusu

Deeumlqatorlu lay suyunun əhəmiyyəti - Müasir qazmanın Yer Təkinin böyük dərinliklərinə nüfuz etdiyi bir şəraitdə, məhsuldar layların intensiv çirkləndirilməsi müşahidə olunur. Qazıma məhlulu tərkibinə daxil olan bir qism komponentlər o cümlədən, ağırlaşdırıcılar, kimyəvi reagentlər, gil tozu lay kollektorlarında çirklənmə yaradır. Kollektorun təbii məsamə və keçiriciliyini xeyli pisləşdirir. Bu problemin həlli üçün bir sıra yanaşmalar işlənilmiş, qazıma məhlullarının yeni növlərinin yaradılması istiqamətində işləmələr həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, karbohidrogen əsaslı qazıma məhlulu su əsaslı qazıma məhluluna nisbətən daha az çirklənmə imkanları yaradır.
Lakin bütün quyuları karbohidrogen mənşəli qazıma məhlulları ilə qazmaq iqtisadi baxımdan əlverişli sayıla bilməz. E. Kazımov (2006-2010-cu illər) tərəfindən bu problemin həllinə yeni bir yanaşma təklif olunmuşdur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, su əsaslı qazıma məhlulları xüsusilə, məhsuldar layı qazan zaman “deemulqatorlu lay suyu (DLS)” əsasında hazırlanmalıdır. Məsələ ondan ibarətdir ki, DLS quyudan neftlə hasil olunan lay suyunun deemulqator vasitəsilə ayrılmasından əldə olunan məhsul kimi qiymətləndirilə bilər. Deemulqator qismində Alkan 202, Disolvan, PPQ və s. istifadə olunur.
Belə ki, aparılan tədqiqatlarla sübut olunmuşdur ki, lay suyunu neftdən deemulqator vasitəsilə ayıran zaman lay suyunun tərkibində kifayət qədər deemulqatorun “qalıqları” mövcud olur ki, bu da öz növbəsində lay suyunun xassələrini xeyli tənzimləyir. Təcrübələr DLS-in aşağıdakı üstünlüklərini aşkar etməyə imkan vermişdir.

  1. DLS texniki sudan, lay suyundan, dəniz suyundan fərqli olaraq aşağı səthi gərilməyə malikdir. Belə ki, qazıma məhlullarının hazırlanması üçün istifadə olunan texniki suyun səthi gərilməsi 200 C temperaturda, 72, 8 mN/m (erq/sm2) olduğu halda, DLS-in səthi gərilməsi 62-65 (erq/sm2) təşkil edir. Təbii ki, səthi gərilmənin az olması kollektorların çirklənməsinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir.

  2. DLS texniki sudan fərqli olaraq, aşağı hədd qiymətlərinə malik olan codluq dərəcəsindədir.

  3. DLS vasitəsilə qazımada istifadə olunan polimerlərin, liqnosulfonatların və digər toz halında olan reagentlərin sulu məhlullarını hazırlanması iqtisadi baxımdan əlverişlidir. Belə ki, laboratoriya və istehsalat sınaqları ilə müəyyən olunmuşdur ki, DLS tərkibində sulu məhlullar hazırlayan zaman reagentlərin təsir effekti adi texniki su ilə müqayisədə 15-20 faizə qədər yüksək, reagentlərin sərfi isə 8-12 faizə qədər azdır.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin