Mühazirə 1 Nanotexnologiya


Neft daşlarında səmt sularının utilizasiya metodları



Yüklə 1,74 Mb.
səhifə19/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
C fakepathMuhazire toplusu

Neft daşlarında səmt sularının utilizasiya metodları
Neft Daşları yatağı Xəzər dənizi akvatoriyasında yerləşir ki, bu da onun səmt sularının utilizasiya problemlərini əsaslı sürətdə müəyyənləşdirir. Belə ki, burada ayrı-ayrı layların işlənilməsində suvurma prosesinin aparılması xüsusi qeyd olunmalıdır. Bu isə sahildən boru kəmərləri ilə texniki suyun nəql edilməsinin qeyri-mümkünlüyü şəraitində həll olunur.
Hazırda burada istismar olunan 18 istismar obyektlərindən neftlə yanaşı müxtəlif miqdarda su da hasil edilir ki, onların utilizasiyası ilk növbədə təkrar laya vurulması nəzərdə tutmalıdır.
Neft Daşları yatağında hasil edilmiş suların utilizasiyası onların mexaniki təmizləmə prosesini nəzərdə tutur. Bu prosesin əsas istiqaməti suların tərkibində olan mexaniki qarışıqların ayrılmasıdır. Sularda olan terrogen materiallar (qum, gilli-qum) suların birbaşa istifadəsini qeyri-mümkün edir. Belə ki, təmizlənməmiş suların laya vurulması quyuların filtr ətrafı zonalarının keçiriliciliyini məhdudlaşdırır və qısa bir dövrdən sonra vurucu quyular suları qəbul etmir. Nəticədə vurucu quyularda təmir aparılması tələbi yaranır.
Neft Daşları yatağında gündəlik yığılan lay sularının miqdarı orta hesabla 1560 m3 təşkil edir. Yataqdan hasil edilən xam neft-su qarışığı yığım məntəqələrində və çənlər parkında neftdən təmizlənərək, 85 saylı meydançada yerləşən su təmizləyici qurğuya daxil olur. Tərkibində 0,008-0,009% mexaniki qarışıqlar olan lay suları ilkin təmizləmədə təxminən 30 m hündürlükdə yerləşən qum çökdürücü tutumlardan keçərək, qumlar çökdürülür və nisbətən təmizlənmiş su lay sularının yığımı tutumuna (pantona) ötürülür. Mövcud su ilkin təmizlənmə mərhələsindən sonra tərkibindəki mexaniki qarışıqlar 0,001-0,002% təşkil edir. Pantona ötürülən lay sularının tərkibində qalan neft pantonun üst hissəsində yerləşdirilmiş 4” boru ilə neft vannasına süzülür. Pantonda lay sularından çökən qum isə pantonun aşağı hissəsində yerləşdirilmiş 6” axın xətti ilə qum vannasına axıdılır. Gün ərzində lay sularının tərkibindən ayrılmış 110-115 kq mexaniki qarışıqlar xüsusi çəlləklərdə toplanır.
Beləliklə, səmt sularının mexaniki təmizləmə prosesindən xüsusi çəlləklərdə toplanmış terrogen materiallar quyu təmir proseslərində istifadə edilir. Bu mexaniki qarışıqlardan istismar quyularının “qaytarma əməliyyatlarında” aşağı sulaşmış layların izolə edilməsi prosesində istifadə edilir. Layların yatma dərinliyindən asılı olaraq, qumlara olan tələbatın miqdarı təyin edilə bilər. Terrogen materiallardan bu şəkildə istifadə edilməsi quru sahələrdən təmir üçün tələb olunan qumların gətirilməsi tələbatını həll etmiş olur.
Mexaniki qarışıqlardan təmizlənmiş səmt suları Neft Daşları yatağında lay təzyiqinin saxlanması məqsədilə 85 saylı meydançada yerləşən 2 saylı nasosxanadan 24 atm təzyiqlə suvurucu və uducu quyulara vurulur.
Neft Daşları yatağından hasil edilən səmt suyunun ənənəvi üsulla təmizlənməsi texnoloji sxemi aşağıdakı şəkil 2-dəki kimidir.

Şəkil 2 Neft Daşları yatağında səmt sularının mərkəzi təmizlənmə sxemi

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin