Lay təzyiqi - Lay təzyiqinin karbohidrogen yataqlarının işlənilməsində rolunu qeyd etməzdən əvvəl onun yaranması xüsusiyyətlərinin sadə halına baxaq.
Beləliklə, dənizin dayaz hissələrində məsamələri su ilə tam doymuş qumlar hesablanır; geoloji proseslər baş verir və dənizin dibi tədricən enməyə məruz qalır, qumlu çöküntülərin toplanılması davam edir. Müəyyən həddə (qalınlığa) çatdıqdan sonra hövzədə kəskin enmə prosesi baş verir ki, bu da qu çöküntülərinin üstündə gillərin toplanılmasına gətirmişdir. Sonraki epeyrogenik (qalxıb-enmə) prosesləri hövzədə çöküntü laylarının növbələşməsini yaratmışdır. Onu da qeyd edək ki, gil layları qum laylarının daban və tavanında yataraq onların təcrid (izolə) olunmuş şəraitini yaradır. Struktur əmələgəlmə və miqrasiya prosesləri nəticəsində müəyyən dərinliyə malik neft və qaz yatağı əmələ gəlir. Həmin yataqlarda ilk lay təzyiqinin qiyməti onun yerləşdiyi hövzənin xüsusiyyətlərindən, layların yatma dərinliklərindən, tektonik qırılmaların mövcudluğu və funksiyasından və s. amillərdən asılıdır.
Neftli layda neft, su və sərbəst qaz muəyyən təzyiq altında olur; bu təzyiqə lay təzyiqi deyilir. İstismardan əvvəlki lay təzyiqinə başlanğıc lay təzyiqi deyilir. Başlanğıc lay təzyiqini laya yeni qazılmış quyularda dərinlik manometrləri vasitəsilə dəqiq olcmək olar. Əgər lay təzyiqini dərinlik manometri ilə ölçmək mümkun olmazsa, onda başlanğıc lay təzyiqini (ρb) tapmaq ucun aşağıdakı düsturdan istifadə olunur:
ρb = Нδ/10 burada,
H-layın orta yatım dərinliyi;
δ-һidrostatik qradiyent, yəni dərinlikdən asılı olaraq təzyiqin artmasını nəzərə alan əmsaldır.
Bu əmsal dərinliyin 10 m artması ilə təzyiqin dəyişməsini gostərir. Düsturdan da göründüyü kimi, lay təzyiqi layın yatma dərinliyindən asılıdır.
Lay təzyiqi muxtəlif səbəblərə gorə yarana bilər. Neftli laylarda təzyiqin əsas olaraq iki yaranma mənbəyi məlumdur:
1) su sütununun ağırlığı;
2) laydan yuxarıda onun üzərinə yatmış suxurların ağırlığı.
Lakin yataq əmələgəlmə prosesindən asılı olaraq lay təzyiqinin yuxarıda qeyd olunan dərinlik amili ilə uzlaşma halına az rast gəlinir: bəzi yataqlarda lay təzyiqi hidrostatik sütunun qiymətindən çox, digərlərində az ola bilər. Belə olduqda, birinci qrup yataqlara anomal yüksək lay təzyiqi, ikincisinə isə anomal aşağı lay təzyiqli yataqlar deyilir.
Lay təzyiqinin ölçü vahidi MPa – (milli paskal).
Lay təzyiqini ölçmək üçün dərinlik monometrlərində istifadə edilir.
Neft və qaz yataqlarının işlənilməsində lay təzyiqinin iki göstəricisinin qiymətlərindən istifadə edilir: ilk (yataqdan maye hasil edilmə anına qədər) və cari (dinamik).
Lay təzyiqinin qiymətlərini almaq üçün təcrübədə aşağıdakı düsturdan istifadə edilir.
Play=h*ρ/S
Burada: h – maye sütunun hündürlüyü;
ρ– quyudakı mayenin sıxlığı;
S - əmsaldır və 102-yə bərabərdir.