Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə24/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
C fakepathMuhazire toplusu

Lay temperaturu. Lay temperaturu da dərinlikdən asılı olaraq artır. Temperaturun dərinlikdən asılı olaraq artması butun neft yataqlarında bərabər olmur.
Layda neft və qazın fiziki-kimyəvi xassələrinə temperatur müəyyən təsir göstərir. Yer qabığında dərinliyin qiyməti artdıqca tempartur çoxalır. Dərinliyə görə temperaturun dəyişməsini xarakterizə edən iki anlayış mövcuddur:

  1. Geotermik pillə.

  2. Geotermik qradiyent.

Geotermik pillə - yer səthindən dərinliyə endikcə süxurlarda temperaturun 10C artmasına uyğun gələn dərinli qiymətlərinə deyilir və yer qabığı üçün orta hesabla 33m götürülür. Geotermik pilləni aşağıdakı düsturla hesablanır:
G = H-h/T-t
burada,
G - geotermik pillə, m/0C;
H – temperaturun ölçülmə dərinliyi, m;
h – sabit temperatura uyğun gələn dərinlik, m;
T-H - dərinlikdəki temperatur, 0C;
t – yer səthində havanın orta illik temperaturu, 0C.
Sabit temperaturlu lay səthinə izotermik səth deyilir. Bəzi hallarda dərinlik artdıqca temperaturun dəyişməsini xarakterizə etmək üçün geotermik qradiyentdən istifadə edilir. Geotermik qradiyent hər 100 m dərinlikdə temperaturun neçə 0C dəyişməsini göstərir.
Q=(T2 - T1)*100/H2-H1
burada,
Q–geotermik qradiyent; 0C/100 m;
H1 və H2 ölçülən dərinlik intervalları;
T1 və T2 - H1 və H2 dərinlikdəki temperatur, 0C.
Qeyd etmək lazımdır ki, havanın temperaturu 20-30 m dərinliyə qədər təsir edir. Abşeron neftli-qazlı vilayətində bu rəqəm 10-11 m-dir. Yuxarıda qeyd edilən dərinliklərdə bütün il ərzində temperatur sabit qalır. Regionumuzun neftli-qazlı vilayətinin ayrı-ayrı neft yataqlarında geotermik pillənin qiyməti müxtəlif olub, 22-37 m arasında dəyişir. Abşeron yarımadası üçün orta geotermik pillə 28-29 m-dir.
Geotermik pillə, yaxud qradiyent əsas olaraq suxurların litoloji xassələrindən və rayonun struktur-tektonik amillərindən asılıdır. Ona görə də dünyanın һər yerində geotermik qradiyent, yaxud pillə eyni olmamaqla dərinlikdən asılı olaraq dəyişir.
Geotermik pillənin qiyməti strukturun əlamətlərinə görə dəyişir. Bəzi tədqiqatçılara görə geotermik pillə antiklinalın tağında az, qanadlarında və sinklinallarda çox olur. Tələlərdə temperaturun paylanmasına, suların hərəkəti də təsir edir. Odur ki, yataqda suyun hərəkət istiqamətini təyin edərkən geotermik məlumatlardan istifad edilməlidir.
Tədqiqatlar əsasında qeyd edilmişdir ki, ayrı-ayrı süxurlar (çökmə) müxtəlif istilikkeçirmə qabiliyyətinə malikdirlər. Məsələn, Azərbaycanın stratiqrafik kompleksində minimum qiymətli geotermik pillə gillərdə, maksimum qiymətli isə qum və karbonat süxurlarında qeydə alınır.
Yataqda temperaturun dəyişməsi neft və qaza əsaslı təsir göstərir. Tempeturun artması neft və suyun özlülüklərinin azalmasına, qazın isə özlülüyünün çoxalmasına səbəb olur. Temperaturun artması qapalı tələlərdə təzyiqin yüksəlməsinə təsir edir. Temperatur çox yüksəldikdə karbohidrogenlərin daxili quruluşlarında da (molekullarda) dəyişiklik baş verir. Temperaturun dəyişməsi yatağın fazalarında: neft və suda qazın həllolma nisbətlərinin dəyişməsinə təsir göstərir. Temperatur yüksəldikcə suda duzların həllolması və bununla yanaşı onların minerallaşması artır. Minerallaşma artdıqca qazın suda həllolması azalır. Dərinlikdən asılı olaraq ayrı-ayrı laylar müxtəlif temperatura malik olduqlarından onların sementlənməsi üçün də müxtəlif keyfiyyətli sementlər seçilir. Temperaturu ölçmək üçün xüsusi civəli termometrlə və elektrotermometrlərdən istifadə edilir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin