Mühazirə 1 Nanotexnologiya


İstifadə olunan ədəbiyyat



Yüklə 1,74 Mb.
səhifə25/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
C fakepathMuhazire toplusu

İstifadə olunan ədəbiyyat

1. B.Ə.Bağırov “Neft-qaz mədən geologiyası”, ADNA, Bakı-2011, 311 səh.


2. Б.А.Багиров. “Геологические основы доразработки месторождений нефти и газа”. Баку. Элм, 1986 г. 162 стр.
3. И.М.Максимов. Геологические основы разработки нефтяных месторождении. М.Недра. 1975. 534 стр.
4. Жданов M.A. “Нефтегазопромысловая геология и подсчет запасов”, M.Недра, 1981 г.
5. Иванова М.М., Дементьев Л.Ф. “Нефтегазопромысловая геология и геологические основы разработки”.-М.Недра, 1985 г.
6.Спутник нефтегазопромыслового геолога. Справочник под рeдакции Чоловского И. П. - M.Heдpa, 1989 г.
7. Mirzəcanzadə A.X. və b.”Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları”–Bakı,1960, 413 s.
8. Mirzəcanzadə A.X. və b.”Neft layının fizikası”.- Bakı,1983, 476 s.
9. Salavatov T.Ş. və b. Neftin quyu ilə çıxarılması texnologiyası.- Bakı,2012, 538 s.

Mühazirə 7
Neft yataqlarının təbii rejimləri.
Plan:


  1. Subasqı rejimi.

  2. Elastiki və ya sərt su basqı rejimi.

  3. Qazbasqı rejimi.

  4. Neftdə həll olunmuş qaz rejimi.

  5. Qravitasiya rejimi.

  6. Qarışıq rejim.

Neft yataqlarının təbii rejimləri
Neft yataqlarında layların təbii rejimləri geoloji amillərlə müəyyən olunur. Bunlara aşağıdakılar daxildir: yatağın mənsub olduğu regionun subasqı sisteminin xüsusiyyəti və onun bu sistemdə yerləşməsi; yatağın geoloji-fiziki xarakteristikası - termobarik şəraiti, karbohidrogenlərin faza vəziyyəti, kollektor süxurların səciyyəsi və yatım şəraitləri və s.
Lay şəraitində neft və qazın istismar quyularına hərəkətini təmin edən təbii qüvvələr cəminə yataqların təbii rejimləri deyilir.
Neft yataqlarında nefti hərəkət etdirən əsas qüvvələrə aşağıdakılar daxildir: kənar suların basqısı, kənar suların təsiri nəticəsində süxurların və suyun elastiki genişlənilməsi, qaz papağındakı qazın təzyiqi, neftdə həll olmuş qazın təzyiqi, neftin ağırlıq qüvvəsi və s.
Neft və qaz yataqlarının işlənilmə layihələrinin tərtib edilməsində və işlənilmə prosesinin bilavasitə həyata keçirilməsində təbii rejimlərin müəyyən olunması çox böyük əhəmiyyət kəsb edir.
Rejimlərin təsnifatı layda mövcud olan enerjinin təzahürünə əsaslanır. Hərəkətedici qüvvələrin təbiətindən asılı olaraq neft yataqlarında aşağıdakı rejimlər qeyd edilir:

  • subasqı rejimi;

  • elastik-subasqı rejimi;

  • qazbasqı rejimi (yaxud qaz papağı rejimi);

  • neftdə həll olmuş qaz rejimi;

  • qravitasiya rejimi;

  • qarışıq rejim.

Subasqı rejimi. Bu rejimdə neftli layda hərəkətetdirici qüvvə kənar, yaxud daban sularının yaratdığı təzyiqdən ibarətdir. İşlənilmənin ilk dövrlərində istismara daxil olan quyuların sayının tədricən artması nəticəsində neft hasilatının da artması baş verir. Hasilat layihə səviyyəsinə çatdıqdan sonra lay təzyiqi də ilk dövrlərdə sabitləşir. Lakin, müəyyən müddətdən sonra kənar suların hərəkəti nəticəsində layda sulaşma başlayır və neft hasilatı tədricən azalır. İşlənilmənin sonrakı dövrlərində də sulaşma prosesi fasiləsiz inkişaf edir, lay təzyiqinin düşküsü isə kiçik miqyaslarda müşahidə olunur. İşlənilmə üçün ən əlverişli olan belə rejimli yatağa süni suvurma üsulu tətbiq edilmir.
Səmərəli subasqı rejimində neftvermə əmsalı 0,60–0,70 arasında dəyişir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin