Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə32/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   51
C fakepathMuhazire toplusu

a) Geoloji tədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək dövrlərini­ hər şeydən əvvəl iqtisadi göstəricilər müəy­yən­ləş­di­rir. Bu isə yatağın istismarını tə­min edəcək müxtəlif geoloji-tex­niki tədbirlərin yüksək səmərə ilə həyata ke­çi­ril­mə­­sini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və onun kə­si­li­şin­­dəki ayrı-ayrı layların daxili quruluşu etibarlı öyrənilməlidir. Tələbatın ye­rinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həl­li təmin olunmalıdır. Bunların ara­­sında baxılan yataqların üç­öl­çülü modellərinin tərtibi, cari neft yığımlarının hid­ro­di­namiki vəziy­yətinin aşkar edilməsi və regionda oxşar obyektlərin təsnifat üsu­lları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edil­mə­si, ­oxşar qrup obyektlərində neft­ver­məyə təsir edən amillərin aşkar edilməsi və onların məq­­səd­­yönlü tənzim­ləndiril­mə­si, lay­ların neftverimini artıran üsulların tətbiqi üçün müvafiq işlənilmə ob­­yekt­lə­rin seçilməsi və s. kimi məsələlər mühüm yer tutur.
Aydındır ki, yataqların uzun müd­dət­ müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şə­ra­iti­ni­ xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr çox hal­lar­da lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qa­lıq­ ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yol­lar və onların operativ həlli geoloji-riyazi modellərin tər­ti­bi­ni­ və onların müasir kompüterlərdə realizəsini tələb edir.
b) Texnoloji tədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda tət­biq olunan texniki vəsait və texnoloji proseslər artıq mü­asir tələblərə cavab vermir. Burada layların hidrodinamiki və­ziy­­yətini yaxşılaşdırmaq üçün müvafiq işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq qu­yu dibinə apa­rıl­­ması yeni təsir üsullarının (nanotexnologiya) və horizontal quyuların qa­zıl­ması və istismarını tələb edir. Beləliklə, ya­taqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən hissəsinin tam mənimsənilməsinin buradakı işlənilmə texnikası və tex­no­lo­gi­ya­sının təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin