Mühazirə 1 Nanotexnologiya


Ümumi geoloji xarakterli məsələlər



Yüklə 1,74 Mb.
səhifə39/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
C fakepathMuhazire toplusu

Ümumi geoloji xarakterli məsələlər – burada quyu kəsilişinin litologiyasının öyənilməsi, layların sərhəd və qalınlıqlarının öyrənilməsi.

  • Layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi – məhsuldar kollektor layların seçilməsi, onların məsaməliliyinin, gilliliyinin, keçiriciliyinin, effektiv qalınlığının, neft-qaz doyumluluğunun və s. təyin edilməsi.

  • Quyuların texniki vəziyyətinə nəzarət – quyuların sementləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnmə yerinin təyini, quyuda laya və ya laydan quyuya maye axınının intervalının təyini, quyuların mayililiyinin ölçülməsi, quyunun həqiqi diametrinin öyrənilməsi və quyuda partlayış işləri və s.

  • Neft-qaz yataqlarının işlənməsinə nəzarət – su, neft, qaz, maye kontaktlarının, yerinin müəyyənləşdirilməsi, cari neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi.

    Bildiyimiz kimi, quyu kəsilişləri geoloji və geofiziki üsullarla öyrənilir.
    Quyu kəsilişi haqqında ən dəqiq məlumat qazma zamanı quyulardan götürülmüş süxur nümunələrinin (kern) və şlamın tədqiqi əsasında əldə edilir. Kern – sütüncuqlu baltalar, atıcı və ya süxur götürənlər vasitəsilə, şlam isə fasiləsiz olaraq gilli məhluldan götürülür. Rotor və turbin qazmasında quyulardan süxur nümunələrinin götürülməsi sütuncuqlu baltalarla aparılır. Sütuncuqlu baltalar süxur nümunələrini yerində olduğu kimi yatımın ardıcıllığını pozmadan qaldırır. Belə baltalar quyunun dibini tamam yox, həlqə-dairə üzrə qazıyır və onun içərisində süxur nümunəsi (kern) tounulmaz qalır.Bu nümunələri ehtiyatla borunun içərisindən çıxarırlar. Burada mütləq geoloji xidmətin nümayəndəsi iştirak etməlidir. Süxur nümunələri gildən təmizlənir, xüsusi yerdə yerləşdirilir. Nümunə üçün etiket yazılır. Etiket qazma idarəsinin adı, nümunə götürülən sahənin adı, quyunun nömrəsi, götürülmə tarixi, intervalı, nümunənin nömrəsi, nümunənin kiçik litoloji təsviri verilir və analiz üçün laboratoriyalara göndərilir. Burada qranulometrik analiz (dənələrin forması, ölçüləri, bir-birinə nisbətən yerləşməsi, süxurların məSaməliyi öyrənilir), mikro-fauna analizi (süxurun faunası, yaşı öyrənilir), mikro-mineroloji (fraksiyalarda olan minerallar, süxurun litoloji tərkibi öyənilir) analizlər aparılır.
    Süxur nümunələrinin ilkin təsviri onlar götürülən kimi quyu yanında geoloq, texniki-geoloq tərəfindən verilir. Geoloji xidmət tərəfindən kernlərin və süxurgötürənlə götürülmüş nümunələrin və şlamların təsviri, neftin, qazın və suyun kimyəvi təhlili kitabları tərtib olunur və ardıcıl olaraq qeydiyyat aparılır.

    Yüklə 1,74 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   35   36   37   38   39   40   41   42   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin