Mühazirə 1 Nanotexnologiya



Yüklə 1,74 Mb.
səhifə8/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
C fakepathMuhazire toplusu

Lay neftləri

  • Neftin fiziki xüsusiyyətləri

  • Təbii qazların təsnifatı

  • Qazların fiziki xüsusiyyətləri.


    Məsaməli mühitdə yerləşən neft, qaz və su lay flüidləri adlanır. Neft, qaz və su təbii rezervuarlarda, tələlərdə öz sıxlıqlarına uyğun olaraq paylanır: ən az sıxlığa malik olan qazlar yuxarıda, neft ondan aşağıda, sıxlığı daha böyük olan su isə daha aşağıda yerləşir (şəkil 1).

    Şəkil 1. Lay flüidlərinin strukturda paylanma sxemi.

    Neftin, qazın və suyun təbii rezzervuarlar və tələlər daxilində yığılması və saxlanılması bir sıra (ekoloji, termobarik, geokimyəvi və s.) səbəblərdən asılı olduğu üçün onlar qarşılıqlı əlaqədə, məsələn: təkcə qaz və yaxud neft, qaz-su, neft-su, qazkondensat-su və s. şəklində rast gəlinir. Flüidlərin fiziki-kimyəvi xüsusiyyətlərinin və tələdə hansı qarşılıqlı əlaqədə paylanmasının öyrənilməsi neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və səmərəli işlənməsi üçün çox vacibdir.


    Lay neftləri
    Kimyəvi tərkib - Neft kimyəvi tərkibinə görə karbohidrogen qarışıqlarından ibarətdir. Burada parafin (CnH2n+2) və nаftеn (CnH2n) sıralı qarışıqlar üstünlük təşkil edir. Bəzi hallarda onun tərkibində aromatik sıralı (CnH2n-6) birləşmələrə də rast gəlinir. Bununla əlaqədar neftlər kimyəvi tərkibinə görə üç sinfə bölünür, parafin, naften və aromatiк sıralı karbohirogenlər.
    Neftlərin tərkibindəki kükürd, parafin, qatran və benzinin miqdarına görə sənaye təsnifatı da mövcuddur. Tərkibində olan kükürdün miqdarına görə çıxarılan neftlər üç qrupa ayrılır: кükürdün miqdarı 0,5% - dən az olan neftlər (az kükürdlü); кükürdün miqdarı 0,51- 2,0% olan neftlər (kükürdlü); кükürdün miqdarı 2,0% - dən çox olan (yüksək kükürdlü) neftlər.
    Tərkibindəki qatranın miqdarına görə də neftlər 3 qrupa bölünür: 18% - dən az olan (az qətranlı) neftlər; 18-35% olan (qatranlı) neftlər; 35% - dən çox olan (çox qatranlı) neftlər.
    Neftlər tərkibində olan parafinin miqdarına görə də üç qrupa ayrılır: 1,5%-dən çox olmayan (az parafinli) neftlər; 1,5-6,0% qədər olan (parafinli) neftlər; 6,0%-dən çox olan (yüksək parafinli) neftlər.
    Benzinin miqdarına və keyfiyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır: yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər; orta oktanlı (oktan ədədi 67-71 arasında) dəyişir; aşağı oktanlı (oktan ədədi 67-dən aşağı olan) benzinli neftlər.


    Yüklə 1,74 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin