Mühazirə 1 Nanotexnologiya


Neftin fiziki xüsusiyyətləri



Yüklə 1,74 Mb.
səhifə9/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
C fakepathMuhazire toplusu

Neftin fiziki xüsusiyyətləri.
Neftin sıxlığı - əsas xüsusiyyətlərindən biri hesab olunub, tərkibindəki qarışıqlardan asılı olaraq 0,750 – 1,000 q/sm3 arasında dəyişir. Bununla belə qeyd etmək lazımdır ki, təbiətdə sıxlığı 0,750 q/sm3-dan az və vahiddən çox olan neftlərə də rast gəlinir. Məsələn, Azərbaycanda Suraxanı yatağından alınan ağ neftin sıxlığı 0,710 q/sm3, İranda və Kaliforniyada çıxarılan ağır neftlərin sıxlığı 1,016 və 1,010-dur.
Ümumiyyətlə, xüsusi çəkisinə görə neftlər iki kateqoriyaya bölünür:

  • yüngül - 0,900 q/sm3

  • ağır - 0,900 q/sm3 – dən yüksək neftlər.

Neftin molekulyar çəkisi - onun tərkibində olan elementlərin nisbi atom kütlələrindən asılı olaraq hesablanır.
Neftin özlülüyü - mayeni təşkil edən hissəciklərin müxtəlif təbəqələri arasında mövcud olan qüvvələrin təsiri nəticəsində bir-birinə nisbətən yerdəyişməsinə göstərdiyi müqavimətə deyilir. Özülülük üç növ olur: mütləq, kinematik və nisbi özlülük.
Maye içərisində sahələri 1 sm2, aralarındakı məsafə 1 sm olan və bir-birinə nisbətən 1 sm/san sürətlə hərəkət edən iki hissəciklər arasında əmələ gələn müqavimət qüvvəsinə mütləq özlülük deyilir. Mütləq özlülüyün vahidi puaz və santipuazdır (1 santipuaz=0,01 puaz). 1sp=0,001Pa*s=1mPa*s,
1 puaz=0,1 Pa*c. Mütləq özlülük aşağıdakı düsturla təyin edilir.
N=πprT/8VL
Burada,
N - mütləq özlülük,
p – mayenin axma təzyiqi, dn/sm2;
r – viskozimetr kapilyarının radiusu, sm;
Vaxan mayenin həcmi, sm3;
L – kapillyarın uzunluğu, sm;
T –zamandır, san.
Mütləq özlülüyün mayenin sıxlığına nisbətinə kinematik özülülük deyilir və aşağıdakı düsturla təyin edilir.
γ = N/d
burada,
γ – kinematik özlülük;
d – sıxlıq, q/sm3;
N – mütləq özlülükdür.
Kinematik özlülüyün vahidi stoksdur. Stoksun ölçüsü sm2/san və m2/san – dir. Santistoks = 1 mm2/san.
Neftlərin özlülüyü onların kimyəvi tərkibindən və yatım şəraitindən asılı olaraq böyük hüdüdda dəyişir. Neftin molekul çəkisi artdıqca onun özlülüyü də artır, temperaturu artdıqca özlülüyü azalır. Özlülüyə əks olan kəmiyyət axıcılıq adlanır.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin