Mühazirə 1 Nanotexnologiya


Yeraltı lay sularının fiziki xüsusiyyətləri



Yüklə 1,74 Mb.
səhifə13/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
C fakepathMuhazire toplusu

Yeraltı lay sularının fiziki xüsusiyyətləri
Neft quyularından hasil edilən səmt suları fiziki və kimyəvi göstəricilərinə və eləcə də, təzahürlərinin hidrodinamik şəraitinə görə fərqlənirlər.
Lay sularının fiziki xassələri dedikdə, suyun xüsusi çəkisi və ya sıxlığı, temperaturu (suyun yatım dərinliyi ilə əlaqədardır), duzların həll olma dərəcəsini göstərən elektrik keçiriciliyi, qoxusu, özlülüyü, dadı, rəngi və şəffaflığı nəzərdə tutulur.
Sıxlıq. Su kütləsinin həcminə olan nisbətidir. Sıxlıq vahidi olaraq, distillə olunmuş suyun 40C-dəki sıxlığı qəbul edilir və q/sm3 ilə ölçülür. Suların sıxlığı onların temperaturundan, təzyiqindən, minerallaşma dərəcəsindən və eləcə də, həll olmuş qazların miqdarından asılıdır.
Özlülük. Suların temperaturdan və minerallaşma dərəcəsindən asılıdır. Temperatur artdıqca özlülük azalır, minerallaşma dərəcəsi artdıqca, əksinə özlülük artır. 1000C temperaturda suyun özlülüyü 150C-dəkindən 6 dəfə az olduğu qeyd edilmişdir.
Temperatur. Bir sıra geoloji amillərdən asılı olaraq, yeraltı suların temperaturu dəyişir. Temperatur elektrik termometrləri ilə ölçülür. Temparturlarına görə sular çox soyuq (0-50), soyuq (5-200), ilıq (20-370), isti (37-420), çox isti (42-1000) və qaynar (1000C - dən çox) sulara ayrılır.
Dad. Sular dadlarına görə duzlu, acı, şirin və turş sulara ayrılır. Bəzən sulardan az da olsa xlor və metal dadı gəlir.
Iy. Onlarda həll olan maddələrdən asılı olaraq, sular müxtəlif iyə malik olurlar. Məsələn, suda kükürdün miqdarının çox olduqda, lax yumurta iyi verir. İyin kəskinliyi isə xüsusi şkala ilə müəyyən edilir.
Şəffaflıq. Suların şəffaflığı onlarda həll olan, yaxud asılı halda olan mineral və üzvi maddələrin növlərindən asılıdır. Karbohidrogen yataqları sularının şəffaflığı naften turşusu, neft və qaz emulsiyalarından asılıdır. Suların şəffaflığı hündürlük sütunu ilə (sm ilə) ifadə edilir (0,5 sm dəqiqliklə).
Rəng. Tərkibində kükürd olan sular mavi, dəmir olan sular pas rəngində, bataqlıq suları sarımtıl və s. rənglərdə olur.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin