Mühazirə 1 Nanotexnologiya


Kimyəvi üsulla suların təmizlənməsi



Yüklə 1,74 Mb.
səhifə17/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
C fakepathMuhazire toplusu

Kimyəvi üsulla suların təmizlənməsi – kimyəvi üsulla suların təmizlənməsi müxtəlif kimyəvi reagentlərin tətbiqinə əsaslanmışdır. Təmizlənəcək suya kimyəvi reagent əlavə edildikdə dərhal reaksiya gedərək çirkləndiricilər həll olur. Neft və qaz sənayesində kimyəvi təmizləmə üsulu kimi ozonlaşdırma, xlorlaşdırma və suların yumşaldılması üsulları istifadə edilir. Ozonlaşdırma əsasən tullantı sularının daha dərin təmizlənməsində istifadə edilir. Bu üsul əsasən tullantı suları mexaniki qarışıqlardan təmizləndikdən və tərkibindəki həll olmuş digər üzvi qarışıqlar fiziki-kimyəvi üsulla da işləndikdən, həmçinin toksiki hesab edilən hidrogen-sulfid və tetraetilqurğuşun elementlərinin bioloji üsulla təmizlənməsindən sonra tətbiq edilir. Katalizator olaraq, silikagel istifadə edərək sorbsiya olunduqdan sonra isə təmizlənmə effektivliyi 100% çatır.
Bioloji üsulla suların təmizlənməsi – Mikroorqanizmlərlə tullantı sularının tərkibindəki üzvi maddələrin oksidləşməsi bioloji təmizləmə üsuludur. Bioloji oksidləşmə nəticəsində tullantı sularının tərkibindəki zərərli maddələr karbon qazına, suya, nitrat ionlarına və sulfata çevrilir.
Neft mədənlərində lay sularının utilizasiya metodları
Neft sənayesində tərkibində neft olan səmt sularının təmizlənməsində əsasən üç üsul tətbiq edilir: çökdürmə, filtrləmə və flotasiya.
Aşağıda 1 saylı şəkildə xam neftdən suyun ayrılmasının texnoloji rezervuar parkı göstərilmişdir.
Yataqdan hasil edilən su-neft qarışığı deemulqatorla qarışdırılaraq, mexaniki qarışıqlardan (1) təmizlənməsi üçün çökdürülür və filtlənir. Sonra qızdırcılarda qızdırılmış buxardan (2) keçərək, rezervuarlara (3) daxil olur hansı ki, bu rezervuarlarda su aşağı hissəyə çökür, yuxarı hissədə isə neft toplanır. Rezervuarda sudan ayrılmış neft, neftin təhvil sahəsindəki yığım (4) çəninə, su isə təkrar istifadə üçün (5) çənlərə yığılır oradan da təzyiqin saxlanması məntəqəsinə göndərilir. Bir çox hallarda təkrar istifadə edilən səmt sularını eyni miqdarda səthi aktiv maddələr və ya duzlarla işlənilib istifadə edilir.

Şəkil 1 Xam neftdən səmt sularının alınması.
1-çökdürücü; 2-neftin qızdırlıması xətti; 3-əmtəə rezervuarı; 5-təzyiqin saxlanması üçün laya vurulan su rezervuarı.

Təqdim edilən çökdürmə üsulu – səmt sularının rezervuarlarda çökdürülməsinə əsaslanıb. Lakin, mövcud üsul lazımı təmizlik dərəcəsini təmin etmir. Onda çirkləndiricilər müxtəlif filtr qurğularının, hidrotsiklonların filtr təbəqəsində filtrlənərək təmizlənir.


İstifadə olunan flotasiya üsulu – səmt sularından neft emulsiyasının ayrılmasında və nefttələlərindən keçən nisbətən kiçik ölçülü kobud hissəciklərdən təmizlənməsini təmin edir. Flotasiya üsulunun keyfiyyətini artırmaq üçün müxtəlif koaqulyant istifadə edilir. Səmt sularının flotasiya qurğularında qalma müddəti 10-15 dəqiqədir.
Təkrar istifadə edilən səmt sularının tərkibindəki təhlükəli qarışıqlara görə çirkləndirici kimi bir sıra təmizlənmə üsulları və texnologiyası mövcuddur və hansı ki, o üsulların tətbiqi neft mədənlərində hələ də yayılmamışdır.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin