Mühazirə 1 Nanotexnologiya


Dünya üzrə istehsal olunan suyun həcmi



Yüklə 1,74 Mb.
səhifə20/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
C fakepathMuhazire toplusu

Dünya üzrə istehsal olunan suyun həcmi - neft və təbii qaz hasilatında çıxarılan suyun sabit həcmi yoxdur. 2003-cü ilin məlumatına əsasən dünya üzrə bu rəqəm təxminən 667 milyon m3 ton idi. Bunun 21,1 mln. t. ABŞ-ın Meksika Körfəzinin sahil sularına, 358-419 mln. t. Avropanın Şimal Dənizinə axıdılmışdır. 2007-ci ilin məlumatına əsasən, ABŞ-ın Federal sahil sularından neft-qaz sənayesində hasil edilən lay suyunun həcmi 256,000 m3/gün təşkil etmişdir, onun da 234,000 m3/gün təmizləndikdən sonra okeana axıdılmış, qalanı isə suvurmada istifadə edilmişdir [2]. 2014-cü ilin Beynəlxalq Neft və Qaz İstehsalçıları Birliyinin (İOGP) məlumatına görə, hasil edilən 0,6 t. su təmizləndikdən sonra dənizə axıdılmış, 1,2 t. su isə suvurma prosesində təkrar istifadə edilmişdir.
Lay suyunun xüsusiyyətləri - tərkibi müxtəlif sadə və mürəkkəb komponentlərdən, üzvi və qeyri-üzvi birləşmələrdən, həll olmuş və olmamış hissəciklərdən ibarət xammal kimi qəbul edilir. Bu suyun fiziki xüsusiyyəti və kimyəvi tərkibinə bir sıra amillər - ərazinin coğrafiyası, istismar edilən quyunun dərinliyi, süxurların geoloji yaşı və kimyəvi tərkibi, hasil edilən neftin növü eləcə də, istismar metodu təsir edir. Qaz yataqlarından hasil edilən suyun toksikilik dərəcəsi neft yataqlarına nisbətən 10 dəfə daha çoxdur. Lakin, neft yataqlarından hasil edilən lay suyunun həcmi qaz yataqlarına nisbətən daha çoxdur.
Cədvəl 1-də lay sularının tərkibinin əsas komponentləri sistemləşdirilmişdir. Ümumiyyətlə, əsas komponentlər – duz tərkibi (duzluluq dərəcəsi), həll olmuş bərk maddələr, neft emulsiyası, poliaromatik karbohidrogenlər, benzol, toluol, etilbenzol, fenollar, üzvi turşular, qeyri-üzvi komponentlər (kalsium, maqnezium, sulfatlar, bariy) eləcə də, quyunun qazılmasında istifadə edilən qazma məhlulu və korroziya əleyhinə inhibitorlar kimi kimyəvi əlavələrdir.
Cədvəl 1.
Lay sularının tərkibinin əsas komponenetləri


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin