Mühazirə 1 Nanotexnologiya


Çoxlaylı strukturun şaquli kəsilişinin öyrənilməsi



Yüklə 1,74 Mb.
səhifə36/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
C fakepathMuhazire toplusu

Çoxlaylı strukturun şaquli kəsilişinin öyrənilməsi
Strukturların stratiqrafik bölümlərində baş vermiş fasial dəyişmələr haqqında məlumatların alınması neft geologiyasının ən vacib problemlərindən biridir. Bu məsələni həll etmək üçün strukturun müxtəlif sahələrində (nöqtələrində) qazılmış quyuların kəsilişindən əldə edilən geoloji-geofiziki məlumatlar ətraflı öyrənilir.
Belə tədqiqatlar əsasən strukturda aparılan axtarış-kəşfiyyat işləri prosesində və işlənilmənin ilk mərhələsində həyata keçirilir. Məhz bu dövrlərdə qazılan müxtəlif təyinatlı quyuların kəsilişindən götürülmüş süxur nümunələri öyrənilir və geofiziki üsullarla tədqiq olunur: layların stratiqrafik ardıcıllıqla yatımı, onların qalınlığı və litoloji tərkibi, neftli-qazlı layların mövcudluğu və onların yatma şəraiti və s. məlumatlar strukturun geoloji quruluşunun öyrənilməsinə kömək edir. Məhsuldar təbəqələrin isə kollektorluq qabiliyyəti, neftlə-qazla doyma dərəcəsi, fliudlərin fiziki-kimyəvi göstəriciləri, hasilat imkanları hər tərəfli tədqiq olunur ki, bu da həmin strukturun xalq təsərrüfatı baxımından qiymətləndirilməsi ilə nəticələnməlidir.
Q u y u k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Keçmiş dövrlərdə qazıma prosesində kəsilişdən tam keyfiyyətli süxur nümunələrinin götürülməsi üçün texniki imkanlar məhdud idi. Bu məqsədlə istifadə edilən müvafiq baltalar, yan süxurgötürən cihazlar çox vaxt kəsilişin gilli hissəsindən nümunənin götürməsini təmin edirdisə, qum fraksiyalı nümunələrin yer səthinə qaldırılmasına nail olmaq isə çətin olurdu: onların qismən və ya tamamilə dağılması baş verirdi. Son nəticədə yatağın kəsilişinin eyni dərəcədə tədqiqi mümkün olmurdu. Lakin müasir dövrdə qazıma prosesində istifadə olunan çox effektli avadanlıqlar süxur nümunələrini fasiləsiz və keyfiyyətli götürülməsini təmin edir ki, bu da strukturların kəsilişinin təsvir edilməsinə imkan verir. Onu da qeyd edək ki, quyulardan fasiləsiz süxur nümunəsinin götürülməsi (xüsusi ilə böyük dərinliklərdə yatan laylardan) və laboratoriyalarda tədqiqi baha başa gələn bir prosesdir. Odur ki, quyu kəsilişinin öyrənilməsində geofiziki üsullarından geniş istifadə edilir. Bu üsulların tədqiqatlara cəlb etmək üçün bir qayda olaraq aşağıdakı ardıcıllıqdan istifadə edilir: əvvəlcə strukturda qazılan ilk quyulardan süxur nümunələri (kern) götürülür və tədqiq olunur. Sonra həmin quyularda geofiziki tədqiqat üsulları vasitəsilə də kompleks tədqiqatlar aparılır. Hər iki üsulla alınan ölçü qiymətləri xüsusi cədvəllərdə əks etdirilir. Onların müqayisəsi vasitəsilə bütün lay parametrlərinin (məsələn, məsaməliyin) geofiziki qiyməti təyin edilir. Bu isə həmin strukturda sonralar qazılan quyularda süxur nümunələri götürülmədən belə onun kəsilişində rast gələn bütün layların parametrlərinin yalnız geofiziki tədqiqatlarla öyrənilməsini təmin edir.
Beləliklə, quyuların qazılması prosesindən kompleks geoloji-geofiziki üsullarla əldə edilmiş lay parametrlərinin qiymətləri müvafiq cədvəl və xəritələrdə göstərilir ki, bu da strukturun müxtəlif hissələrində (nöqtələrində) kəsilişi öyrənməyə kömək edir. Bu məlumatların ümumiləşdirilməsi isə strukturun daxili quruluşunun müəyyən ehtimallıqla təsvirini təmin edir.
Strukturlarda kəsilişin öyrənilməsi. Hər hansı bir strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir. Çünki, yatağın daxili quruluşunu öyrənmək üçün sahəsi üzrə qazılmış quyuların kəsilişində müşahidə edilən layların müqayisə edilməsi tələb olunur Müqayisəli analiz müxtəlif əlamətlərə görə (fauna, flora, litoloji və s.) aparılır. Bu cür müqayisə mədən geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin